Trampdan MÜHARİBƏ ANONSU
08 İyul 2026, 18:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
79
08.07.2026, 16:05
Almaniya kansleri Fridrix Merts bildirib ki, Ankarada keçiriləcək NATO sammiti alyansın daha da güclənməsinə və inkişafına mühüm töhfə verəcək.
Oxu24.com xarici KİV-lərə istinadən xəbər verir ki, kansler əsas sessiyadan əvvəl jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qonaqpərvərliyə və sammitin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
Fridrix Merts qeyd edib ki, ötən il qəbul edilən müdafiə imkanlarının genişləndirilməsi ilə bağlı qərarlar artıq icra olunur. Onun sözlərinə görə, Avropa İttifaqı və NATO üzvlərinin əksəriyyəti müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb.
Kansler vurğulayıb ki, NATO-nun transatlantik xarakterini qorumaq üçün alyansın Avropa sütunu daha da gücləndirilməlidir. O, Almaniya, Norveç və Kanadanın sualtı qayıqların modernləşdirilməsi üzrə birgə proqramını buna nümunə göstərib.
Merz əlavə edib ki, sammitdə birgə müdafiə təşəbbüslərinin inkişafı da müzakirə olunacaq. O, həmçinin Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib və qeyd edib ki, Avropa 2026 və 2027-ci illərdə Kiyevə hər il 70 milyard avro həcmində yardım göstərməyi planlaşdırır.
Almaniya kansleri sonda vurğulayıb ki, müharibənin nə vaxt başa çatacağı Rusiyanın qərarından asılıdır və bu münaqişənin mümkün qədər tez bitməsi bütün region üçün faydalı olacaq.
Turan
18:25 / 08 İyul 2026
14
18:17 / 08 İyul 2026
19
18:11 / 08 İyul 2026
176
18:10 / 08 İyul 2026
48
18:00 / 08 İyul 2026
42
17:33 / 08 İyul 2026
56
17:30 / 08 İyul 2026
49
17:10 / 08 İyul 2026
50
17:08 / 08 İyul 2026
70
17:05 / 08 İyul 2026
61
16:39 / 08 İyul 2026
78
16:38 / 08 İyul 2026
71
16:24 / 08 İyul 2026
76
16:10 / 08 İyul 2026
84
15:58 / 08 İyul 2026
73
15:55 / 08 İyul 2026
72
15:49 / 08 İyul 2026
105
15:46 / 08 İyul 2026
79
15:38 / 08 İyul 2026
78
15:32 / 08 İyul 2026
81
15:29 / 08 İyul 2026
84
15:10 / 08 İyul 2026
87
15:02 / 08 İyul 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.