Baş nazir bu şəxslərin əməkhaqları ilə bağlı QƏRAR İMZALADI
22 İyul 2026, 22:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
404
08.07.2026, 14:13
Azərbaycanda demoqrafik proseslərin dinamikası və gələcək meyllər cəmiyyətin gələcək inkişaf istiqamətlərini müəyyən edən ən mühüm amillərdən biridir. Son illərdə urbanizasiya, daxili miqrasiya və digər sosial-iqtisadi faktorlar əhalinin strukturunda ciddi dəyişikliklərə yol açıb. Bu baxımdan, dövri olaraq keçirilən əhalinin siyahıyaalınması mövcud mənzərəni tam aydınlığı ilə görməyə imkan verir. Növbəti siyahıyaalınma ölkədə hansı yeni sosial tendensiyaların formalaşdığını və hansı sahələrə xüsusi diqqət yetirilməli olduğunu rəsmi şəkildə ortaya qoyacaq. Dövlətin demoqrafik siyasətinin daha səmərəli qurulması üçün bu məlumatların vaxtında və dəqiq təhlil edilməsi böyük əhəmiyyət kəsb edir. Ekspertlər qeyd edirlər ki, demoqrafik göstəricilərdəki dəyişikliklər həm də gələcək risklərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir. Bu proses həm urbanizasiyanın yaratdığı fəsadların, həm də regional disbalansın aradan qaldırılması üçün bir mayak rolunu oynayacaq. Oxu24.com mövzunun aktuallığını nəzərə alaraq, məsələ ilə bağlı mütəxəssis rəyini təqdim edir.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Oxu24.com-a ətraflı açıqlama verib. Ekspert bildirib ki, 2029-cu ildə Azərbaycanda növbəti əhalinin siyahıyaalınması həyata keçiriləcək:
"Əvvəl əhalinin siyahıyaalınması 2019-cu ildə həyata keçirilmişdi. 2029-cu ildə əhalinin siyahıyaalınmasında biz yeni demoqrafik tendensiyaları müşahidə edə biləcəyik. Əfsuslar olsun ki, demoqrafik ləngimə var, Azərbaycanda bir neçə ildir artıq bu özünü göstərir.
Əhali sayında nisbi azalma var, əvvəlki bir neçə on il əvvələ nisbətən azalmalar qeydə alınır. Hərçənd Azərbaycanda təbii artım, demoqrafik artım Cənubi Qafqaz ölkələri içərisində Azərbaycan hələ ki liderdir, ancaq bütövlükdə demoqrafik ləngimə özünü göstərir”.
Onun sözlərinə görə, regionlar üzrə də demoqrafik göstəricilərin də dəyişmək meylləri əhalinin siyahıyaalınmasında üzə çıxacaq. Digər demoqrafik göstəricilər üzrə əhalinin cins tərkibi, yaş strukturu dəyişmələri özünü göstərəcək:“Yaş strukturunda biz görürük ki, ahılların sayı əvvəlki illərə nisbətən artır. Hətta “Ahılların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın preambula hissəsində də oxuyuruq ki, son 22 il ərzində Azərbaycanda əhalinin sayı 26,4% artdığı halda, ahılların sayı 99,4% artdığı qeyd olunur. Yəni bu o deməkdir ki, ahılların sayında artım müşahidə olunacaq. Yəqin ki, bu, əhalinin siyahıyaalınması ilə bağlı göstəricilərdə də qeyd olunacaq”.
Sosioloq qeyd edib ki, cins tərkibində də dəyişiklikləri görmək mümkün olacaq:“Güman edirəm ki, bu çox mühüm bir addımdır. Və siyahıyaalınmadan sonra artıq bir sıra tendensiyalar özünü göstərəcək və bu tendensiyalara uyğun dövlət tərəfindən bəzi demoqrafik proseslərin futuroloji qiymətləndirilməsi əsasında müvafiq addımlar, preventiv addımlar atılacaq.
Əgər demoqrafik ləngimə, təbii artımda ləngimə ciddi sosial siqnalı yaradarsa, hökumət demoqrafik ləngiməni aradan götürmək üçün, təbii artımı, dinamikanı artırmaq üçün demoqrafik həvəsləndirmə alətlərindən istifadə edə bilər”.
Ü.Şəfiyev həmçinin, vurğulayıb ki, bu Azərbaycanda demoqrafik mənzərənin yeni panoramasını da üzə çıxara bilər.
Çimnaz Telmanqızı
23:48 / 22 İyul 2026
1
23:10 / 22 İyul 2026
72
22:31 / 22 İyul 2026
76
22:16 / 22 İyul 2026
76
21:55 / 22 İyul 2026
75
21:24 / 22 İyul 2026
76
20:38 / 22 İyul 2026
91
20:19 / 22 İyul 2026
71
19:53 / 22 İyul 2026
77
19:11 / 22 İyul 2026
114
18:52 / 22 İyul 2026
115
18:34 / 22 İyul 2026
123
18:22 / 22 İyul 2026
114
18:14 / 22 İyul 2026
119
18:10 / 22 İyul 2026
141
18:00 / 22 İyul 2026
169
17:47 / 22 İyul 2026
100
17:30 / 22 İyul 2026
109
17:28 / 22 İyul 2026
118
17:20 / 22 İyul 2026
105
17:07 / 22 İyul 2026
109
17:04 / 22 İyul 2026
103
16:58 / 22 İyul 2026
1940
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.