Süni intellektin məsləhəti fermerə baha başa gəldi
13 Avqust 2026, 09:39
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
646
04.07.2026, 00:41
Afrikada, xüsusilə Konqo Demokratik Respublikasında sürətlə yayılan və artıq qonşu ölkələrə də sıçrayan Ebola epidemiyası (Bundibugyo ştammı) qlobal səhiyyə üçün ciddi həyəcan siqnalına çevrilib.
Ümumdünya Səhiyyə Təşkilatının ən son hesabatlarına əsasən, regionda ümumi yoluxma sayı 1354 nəfərə, virus səbəbindən həyatını itirənlərin sayı isə 401-ə yüksəlib. Epidemiyanın episentri hesab olunan Konqoda təkcə son iki gündə 26 yeni yoluxma və 22 ölüm faktı qeydə alınıb. Vəziyyəti daha da kritikləşdirən məqam odur ki, hazırda yayılan bu ştamma qarşı hələ ki, heç bir rəsmi peyvənd və ya spesifik müalicə metodu mövcud deyil.
Oxu24.com xəbər verir ki, Bakı Ağrı Klimikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a fikrini bildiirb:" Ümumiyyətlə, son illər istər COVID-dən əvvəl, istərsə də sonrakı dövrlərdə müxtəlif virusların yayılması barədə böyük bir informasiya seli mövcuddur. Bunun əsas səbəbi kütləvi informasiya vasitələrinin bu mövzuya xüsusi diqqət yetirməsi və virusların aşkarlanma metodlarının getdikcə müasirləşməsidir.
Eyni zamanda, COVID-19 pandemiyasının dünyada yaratdığı qorxu və təşviş hissi istənilən yeni epidemik, hətta endemik yayılma riskinə daha həssas yanaşmağa əsas verir. Əslində bu, normal bir reaksiyadır. Çünki pandemiyanın törətdiyi fəsadlar hələ çox təzədir və bəşəriyyət bu kabusun təsirindən tam qurtula bilməyib.
Keçmiş təcrübələr göstərdi ki, vaxtında diqqət yetirilməyən lokal regional problemlər sonradan böyük epidemiyalara, hətta milyonlarla insanın həyatına son qoyan pandemiyalara çevrilə bilər. Bu baxımdan Ebola kimi təhlükəli bir virusun yenidən baş qaldırması narahatlıq doğuran ciddi bir siqnaldır".
Həkim qeyd edir ki, bu vəziyyətdə, ilk növbədə, virusun yayıldığı ölkələrlə transferlər zamanı diqqətli olmaq lazımdır:"Həmin regionlarla əlaqələrdə xüsusi qaydalara riayət edilməli, səfərlər mümkün qədər nəzarətdə saxlanılmalı və zərurət yarandıqda məhdudlaşdırılmalıdır.
Yoluxma şübhəsi olan şəxslərlə təmas hallarında preventiv karantin tədbirlərinin vaxtında və effektiv şəkildə həyata keçirilməsi zəruridir.
Ölkə daxilində səhiyyə və qorunma sistemləri hər an yüksək hazırlıq vəziyyətində olmalıdır. İndiki qloballaşan dünyada insanların aktiv hərəkəti fonunda virusların bir ölkədən digərinə keçməsi çox asandır. COVID təcrübəsi ölkəmizin bu növ çağırışlara çevik və vaxtında cavab vermək üçün lazımi potensiala malik olduğunu göstərdi.
Təhlükəsizliyin ən mühüm şərtlərindən biri də insanların öz sağlamlığına fərdi qaydada diqqət yetirməsidir. Aktiv hərəkət, idman, təmiz havada olmaq və vitaminli qidalardan istifadə etməklə immun sistemini gücləndirmək lazımdır. Çünki orqanizm nə qədər güclü olarsa, virusa yoluxma və onun ağır fəsadlar törətmə riski bir o qədər minimuma enər.
Bütün bu qaydalara əməl edib, prosesi mütəmadi monitorinq altında saxlasaq, hər hansı ciddi təhlükədən yayınmaq tamamilə mümkündür".Muaavat.com
09:39 / 13 Avqust 2026
1
09:34 / 13 Avqust 2026
17
09:30 / 13 Avqust 2026
25
09:23 / 13 Avqust 2026
31
09:19 / 13 Avqust 2026
29
09:06 / 13 Avqust 2026
41
09:02 / 13 Avqust 2026
31
09:00 / 13 Avqust 2026
32
08:56 / 13 Avqust 2026
41
23:59 / 12 Avqust 2026
105
23:40 / 12 Avqust 2026
123
23:03 / 12 Avqust 2026
96
22:50 / 12 Avqust 2026
109
22:15 / 12 Avqust 2026
124
22:04 / 12 Avqust 2026
92
21:53 / 12 Avqust 2026
112
21:19 / 12 Avqust 2026
159
21:12 / 12 Avqust 2026
107
21:02 / 12 Avqust 2026
116
21:00 / 12 Avqust 2026
806
20:44 / 12 Avqust 2026
91
20:33 / 12 Avqust 2026
646
20:19 / 12 Avqust 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.