Fransa ucuz hücum dronlarına qarşı tədbir görür
30 İyun 2026, 15:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
77
30.06.2026, 13:41
Filippinin paytaxtı Manilada güclü dini təşkilatlardan biri olan Iglesia ni Cristo (INC) kilsəsinin minlərlə üzvü senator Rodante Marcoleta barəsində irəli sürülən korrupsiya ittihamlarına etiraz olaraq kütləvi aksiya keçirib.
Oxu24.com france24.com-a istinadən xəbər verir ki, mitinq iştirakçıları şəhərdə nəqliyyatın hərəkətində ciddi sıxlığa səbəb olub. Polis aksiyada təxminən 12 min nəfərin iştirak etdiyini bildirib.
Etiraz aksiyası hakimiyyət orqanlarının senator Rodante Markoletanın seçki kampaniyası fonduna dair 75 milyon peso (təxminən 1,2 milyon ABŞ dolları) məbləğində istifadə olunmamış ianəni bəyan etməməsi ilə bağlı ona ittiham irəli sürəcəyini açıqlamasından sonra təşkil olunub.
Rodante Markoleta həm də vitse-prezident Sara Dutertenin yaxın müttəfiqlərindən biri hesab olunur. INC isə uzun illərdir Rodrigo Duterte ailəsinə dəstək verən mühüm seçici qüvvəsi kimi tanınır.
Kilsənin sözçüsü Edwil Zabala yayımladığı videomüraciətdə Markoletaya münasibətdə “seçmə ədalət” tətbiq olunduğunu iddia edərək, təşkilatın buna səssiz qalmayacağını bildirib.
Vitse-prezident Sara Duterte isə hökuməti siyasi rəqiblərə qarşı hüquq sistemindən istifadə etməkdə ittiham edib.
Qeyd edək ki, Sara Dutertenin impiçment prosesi üzrə məhkəmənin iyulun 6-da başlaması planlaşdırılır. Onun vəzifədən uzaqlaşdırılması üçün Senatda 24 üzvdən ən azı 16-sının lehinə səs verməsi tələb olunur.
Yaranmış vəziyyətlə əlaqədar Prezident Ferdinand Marcos Jr. gün ərzində prezident sarayından kənarda nəzərdə tutulan bütün tədbirlərini ləğv edib.
Nigar
15:57 / 30 İyun 2026
39
15:51 / 30 İyun 2026
44
15:43 / 30 İyun 2026
44
15:40 / 30 İyun 2026
44
15:34 / 30 İyun 2026
59
15:24 / 30 İyun 2026
57
15:15 / 30 İyun 2026
85
15:09 / 30 İyun 2026
60
15:02 / 30 İyun 2026
60
14:53 / 30 İyun 2026
54
14:50 / 30 İyun 2026
67
14:46 / 30 İyun 2026
57
14:37 / 30 İyun 2026
80
14:35 / 30 İyun 2026
60
14:32 / 30 İyun 2026
70
14:28 / 30 İyun 2026
84
14:23 / 30 İyun 2026
71
14:15 / 30 İyun 2026
67
13:58 / 30 İyun 2026
76
13:55 / 30 İyun 2026
68
13:49 / 30 İyun 2026
113
13:42 / 30 İyun 2026
77
13:36 / 30 İyun 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.