Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə danışıb
30 İyun 2026, 13:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
63
30.06.2026, 12:17
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Bakı və Xankəndi şəhərlərində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş irimiqyaslı “Türk Dünyası Həftəsi”nə start verilir. 29 iyun – 3 iyul 2026-cı il tarixlərini əhatə edəcək bu mötəbər həftənin ilk günü Heydər Əliyev Mərkəzində rəsmi açılış ilə başlayıb.
Oxu24.com xəbər verir ki, tədbirin ən mühüm və strateji hissələrindən birini “Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” mövzusundakı plenar iclasda təşkil edib. Plenar iclas türk dünyasının aparıcı beynəlxalq Türk əməkdaşlıq təşkilatlarının rəhbərlərini bir araya gətirərək ortaq dəyərlərin qorunması, mədəni inteqrasiyanın dərinləşdirilməsi, elm, təhsil və humanitar əməkdaşlığın inkişafı istiqamətində görülən işlər və gələcək fəaliyyət prioritetləri ətrafında fikir mübadiləsi üçün mühüm platformaya çevrilib.
Plenar iclasda rəsmi məruzəçi qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bildirib ki, yüz il əvvəl Bakıda əsası qoyulan elmi-mədəni əməkdaşlıq ənənəsi bu gün türk dövlətlərinin siyasi iradəsi və beynəlxalq türk əməkdaşlıq təşkilatlarının birgə fəaliyyəti sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub.
Fondun prezidenti Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin təşkilinə görə Azərbaycan Respublikasının Hökumətinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və bütün digər tərəfdaş qurumlara təşəkkürünü bildirib.
Professor Aktotı Raimkulova çıxışında bildirib ki, Türk Mədəniyyəti və İrsi Fondu Türk Dünyası Həftəsinin proqramında da fəal iştirak edir. Onun sözlərinə görə, bu təşəbbüslər ortaq türk irsinin tədqiqi və təbliği, elmi əməkdaşlığın genişləndirilməsi, eləcə də türk xalqları arasında mədəni inteqrasiyanın daha da möhkəmləndirilməsinə xidmət edir.
Fondun prezidenti, həmçinin bildirib ki, Fondun təşəbbüsü ilə Baku TV ilə əməkdaşlıq çərçivəsində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş xüsusi müsahibələr silsiləsi hazırlanıb. Layihədə türk dünyasının tanınmış alim və ziyalıları Qurultayın tarixi əhəmiyyəti, türk xalqlarının ortaq elmi-mədəni irsi və bu irsin müasir dövrdə aktuallığı barədə fikirlərini bölüşüblər.
Çıxışının sonunda professor Aktotı qeyd edib ki, yubiley tədbirləri bununla yekunlaşmayacaq. Cari ilin sonunda Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, türk dövlətlərinin UNESCO yanında Daimi Nümayəndəliklərinin və Beynəlxalq Türk Əməkdaşlıq Təşkilatlarının iştirakı ilə UNESCO-nun Parisdəki mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır. Bu təşəbbüs Qurultayın irsinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasına, ortaq mədəni yaddaşın möhkəmləndirilməsinə və türk dünyası arasında humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
İclasda, eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Yunus Emre İnstitutunun rəhbəri Abdurrahman Aliy çıxış ediblər.
Plenar iclas çərçivəsində beynəlxalq türk əməkdaşlıq təşkilatlarının rəhbərlərinin çıxışlarından sonra “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı ilə təltifetmə mərasimi də keçirilib.
13:42 / 30 İyun 2026
1
13:41 / 30 İyun 2026
8
13:36 / 30 İyun 2026
19
13:16 / 30 İyun 2026
53
13:14 / 30 İyun 2026
48
13:10 / 30 İyun 2026
439
13:09 / 30 İyun 2026
56
12:43 / 30 İyun 2026
61
12:30 / 30 İyun 2026
67
12:28 / 30 İyun 2026
56
11:45 / 30 İyun 2026
72
11:39 / 30 İyun 2026
66
11:29 / 30 İyun 2026
87
11:12 / 30 İyun 2026
92
11:06 / 30 İyun 2026
85
10:54 / 30 İyun 2026
104
10:23 / 30 İyun 2026
96
10:13 / 30 İyun 2026
93
10:10 / 30 İyun 2026
91
10:08 / 30 İyun 2026
91
09:58 / 30 İyun 2026
84
09:56 / 30 İyun 2026
90
23:57 / 29 İyun 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.