Qazaxda avtomobil yanıb
10 Noyabr 2026, 10:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
602
30.06.2026, 13:09
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin barələrində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşən Mustafayev və Zamin Əliyev hər ikisi 3 il müəyyən müddətə vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hər iki təqsirləndirilən şəxsin cəzasının 3 il azaldılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
10:45 / 10 Noyabr 2026
19
10:39 / 10 Noyabr 2026
69
10:32 / 10 Noyabr 2026
51
10:28 / 10 Noyabr 2026
76
10:21 / 10 Noyabr 2026
87
10:17 / 10 Noyabr 2026
76
10:15 / 10 Noyabr 2026
83
10:10 / 10 Noyabr 2026
65
09:50 / 10 Noyabr 2026
173
09:46 / 10 Noyabr 2026
92
09:35 / 10 Noyabr 2026
119
09:26 / 10 Noyabr 2026
160
09:19 / 10 Noyabr 2026
110
08:56 / 10 Noyabr 2026
209
08:46 / 10 Noyabr 2026
247
08:42 / 10 Noyabr 2026
2207
05:37 / 10 Noyabr 2026
160
05:27 / 10 Noyabr 2026
259
04:34 / 10 Noyabr 2026
160
04:12 / 10 Noyabr 2026
219
02:34 / 10 Noyabr 2026
182
02:02 / 10 Noyabr 2026
169
01:30 / 10 Noyabr 2026
442
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.