SON DƏQİQƏ! Müctəba Xameneinin MÜRACİƏTİ YAYILDI
18 İyun 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
115
18.06.2026, 17:40
Belarus Xarici İşlər Nazirliyi Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkili İvan Novitskinin quruma çağırıldığını bəyan edib.
Oxu24.com xəbər verir ki, Belarus XİN-in rəsmi nümayəndəsi Ruslan Varankovun sözlərinə görə, ukraynalı diplomata Rusiyanın Bryansk vilayətində mülki avtobusa edilən PUA hücumu ilə bağlı rəsmi etiraz notası təqdim olunub. Rəsmi Minsk baş verənləri qətiyyətlə pisləyib və bu hadisəni heç bir bəraəti olmayan qeyri-insani terror aktı adlandırıb. Belarus tərəfi Ukraynadan hadisə ilə bağlı ətraflı izahat verilməsini, dərhal və obyektiv araşdırma aparılmasını, həmçinin bütün təqsirkar şəxslərin ən sərt şəkildə məsuliyyətə cəlb edilməsini tələb edib.
Hadisənin təfərrüatlarına görə, hücuma məruz qalan ikimərtəbəli avtobusda Qomel şəhərinin 2 nömrəli uşaq-gənclər idman məktəbinin futbol komandası olub. Ümumilikdə avtobusda 44 sərnişin, o cümlədən 28 azyaşlı idmançı Gelencik şəhərinə istirahətə gedirmiş. Zərbə nəticəsində komandanı müşayiət edən Belarus vətəndaşı – məşqçinin həyat yoldaşı həlak olub. 5-i uşaq olmaqla 6 Belarus vətəndaşı isə ağır və orta-ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İnsidentlə bağlı həm Rusiya, həm də Belarus tərəfi terrorizm maddəsi ilə cinayət işi qaldırıb və birgə istintaq qrupu yaradılıb. Rəsmi Minsk hadisəni beynəlxalq təşkilatların diqqətinə çatdıracağını və Kiyevin terror metodlarına qəti qiymət verilməsini tələb edəcəyini bəyan edib.
Belarus Prezidenti Aleksandr Lukaşenko da məsələyə münasibət bildirərək, bu hadisəni müharibə qaydalarının və mövcud razılaşmaların birbaşa pozulması, həmçinin açıq təxribat adlandırıb. Lukaşenko Ukrayna tərəfinin zərbə ilə bağlı məsuliyyəti inkar etdiyini bildirsə də, Belarus ekspertlərinin PUA-nın məhz Ukrayna mənşəli olduğunu dəqiq təsbit etdiklərini vurğulayıb və Kiyevdən dürüst cavab gözlədiklərini bəyan edib.
23:56 / 18 İyun 2026
1
23:56 / 18 İyun 2026
1
23:47 / 18 İyun 2026
19
23:24 / 18 İyun 2026
62
23:13 / 18 İyun 2026
56
23:10 / 18 İyun 2026
69
23:02 / 18 İyun 2026
61
22:50 / 18 İyun 2026
52
22:50 / 18 İyun 2026
864
22:42 / 18 İyun 2026
413
22:37 / 18 İyun 2026
60
22:26 / 18 İyun 2026
254
22:22 / 18 İyun 2026
61
22:08 / 18 İyun 2026
71
21:55 / 18 İyun 2026
96
21:07 / 18 İyun 2026
77
20:46 / 18 İyun 2026
97
20:31 / 18 İyun 2026
224
20:19 / 18 İyun 2026
90
20:14 / 18 İyun 2026
112
20:02 / 18 İyun 2026
720
19:56 / 18 İyun 2026
103
19:38 / 18 İyun 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.