Onların maaşı 14 % artıb
19 İyun 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
75
18.06.2026, 23:13
Cənubi Qafqazda regional sülh sazişinin imzalanması ətrafında müzakirələr Ermənistandakı daxili siyasi gərginlik və konstitusiya böhranı fonunda yeni bir mərhələyə qədəm qoyub. Rəsmi Bakının Ermənistan Müstəqillik Bəyannaməsindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlı qəti tələbi və Nikol Paşinyanın ölkədə yeni konstitusiya qəbul etmək üçün parlamentdə yetərli çoxluğa sahib olub-olmaması məsələsi sülh prosesinin gələcəyini sual altında qoyur. Ekspertlər xəbərdarlıq edir ki, bu prosesin gecikdirilməsi regionda sülhün deyil, Kremlin diktəsi ilə hərəkət edən "Kremlofil" və revanşist qüvvələrin yenidən aktivləşməsinə şərait yaradır.
Mövcud geosiyasi vəziyyəti, İrəvanda baş verən daxili prosesləri və sülh sazişinin dalana dirənmə ehtimalını Oxu24.com-a tanınmış politoloq Natiq Miri şərh edib.
Sülh prosesi dalana dirənməyib: Bakı və İrəvan arasında gizli risklər müzakirə olunur
Politoloq Natiq Miri bildirir ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin tamamilə dalana dirəndiyini söyləmək hələlik doğru deyil. Onun sözlərinə görə, hər iki tərəf prosesin tamamilə dondurulmasında maraqlı deyil və sülhə doğru müəyyən addımlar atılmaqda davam edir. Bu məsələdə xüsusilə Azərbaycan tərəfi prosesi stimullaşdıran əsas qüvvə kimi çıxış edir.
N.Miri vurğulayıb ki, bu yaxınlarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü də məhz bu kontekstdə dəyərləndirilməlidir. Görüşdə Azərbaycanı narahat edən bəzi suallar, o cümlədən rəsmi Bakının əlində olan müəyyən kəşfiyyat məlumatları və gələcəkdə Paşinyan hakimiyyətinin atacağı addımlarla bağlı risk amilləri ciddi müzakirə predmeti olub. Ermənistandakı ictimai-siyasi qeyri-müəyyənlik fonunda bu cür təmasların keçirilməsinə böyük ehtiyac var idi.
Rusiya yönümlü qüvvələr məğlub olub: Erməni xalqı müharibə istəmir
Ermənistandakı son seçkilərə və daxili ab-havaya diqqət çəkən politoloq bildirib ki, seçki prosesində sülh tərəfdarı olan xətt qalib gəlib. Erməni xalqı sülhün tərəfində duraraq səsini verib. Rusiya və onun dəstəklədiyi revanşist qüvvələr isə bu prosesdə birmənalı olaraq məğlubiyyətə uğrayıblar.
Natiq Miri vurğulayıb ki, bu gün İrəvan küçələrində kütləvi, çoxmilyonlu və ya böyük xalq dəstəyi olan etiraz dalğası görünmür:
“Əgər diqqət yetirirsinizsə, bu gün küçələrdə çoxmilli etirazçı elektoratı görmürük. Bu faktın özü də onu göstərir ki, erməni xalqı artıq müharibə və gərginlik istəmir. İnsanlar sülh şəraitində yaşamaq niyyətindədir".
Politoloq seçki prosesində revanşist qüvvələrin müəyyən səs faizi toplamasının pərdəarxası məqamlarını da açmağa çalışıb. Onun sözlərinə görə, seçkilərdə böyük, milyonlarla ölçülən maliyyə vəsaitləri dövrəyə buraxılıb. Məhz bu çirkli pulların hesabına müəyyən qədər erməni elektoratının səsini qismən də olsa ala biliblər.
Bununla yanaşı, N.Miri çox mühüm bir kütləvi manipulyasiya faktına da toxunub:
“Kənar ölkələrdən gəlib Ermənistanda səs verən və dərhal sonra ölkəni tərk edən insanların mövcudluğu da hər kəsə məlumdur. Lakin artıq o insanlar Ermənistanda yoxdur. Bu səbəbdən də revanşist qüvvələr daxildə ciddi mənada real etiraz dalğası formalaşdıra və bunu həyata keçirə bilmirlər".
Paşinyanın geosiyasi seçimi: "İki kresloda oturmaq" dövrü bitdi
Ermənistanın Cənubi Qafqazda uzun illər boyu regionun bütövləşməsinə mane olmaq üçün Rusiya, Fransa və digər qlobal güclərin əlində geosiyasi alət (regionun "ən zəif həlqəsi") kimi istifadə olunduğunu xatırladan politoloq, Nikol Paşinyanın artıq qəti seçim etməli olduğunu bildirib:
“Paşinyan artıq iki kresloda oturmaq kimi təhlükəli fikirlərdən və yanaşmalardan imtina etməlidir. O, ya Cənubi Qafqazın bütöv təhlükəsizlik arxitekturasında bərabərhüquqlu bir tərəf kimi iştirak etməli, ya da Ermənistanı yenidən blokadada qalan təcrid olunmuş bir dövlətə çevirməlidir. Ermənistana manipulyasiya və manevr etmək üçün əlavə imkanlar verilməməlidir".
Paşinyan parlamentdə çoxluq qazana bilərmi?
Analitiklər tərəfindən tez-tez səsləndirilən "Paşinyanın yeni konstitusiyanı qəbul etmək üçün parlamentdə konstitusiya çoxluğu yoxdur" fikirlərinə toxunan Natiq Miri, bu barədə qəti hökm çıxarmağın çox tez olduğunu vurğulayıb. Belə ki, yeni seçilən parlament hələ fəaliyyətə başlamayıb və deputatlar mandatlarını rəsmən almayıblar.
Bununla yanaşı, Ermənistanda daxili siyasi mənzərəni dəyişdirə biləcək ciddi proseslər gedir. Dövlət tərəfindən revanşist qüvvələrə, seçki rüşvəti və korrupsiya şəbəkələrinə qarşı genişmiqyaslı həbslər həyata keçirilir. N.Mirinin sözlərinə görə, bu həbslər təkcə icraçılarla məhdudlaşmayacaq, revanşist piramidanın başında duran Robert Köçəryan, Serj Sarkisyan və Karen Karapetyan kimi fiqurları da əhatə edə bilər.
Ermənistan daxilində "satılmayan və alınmayan heç nəyin olmadığını" bildirən politoloq əlavə edib ki, yaradılan bu qorxu fonunda parlamentdəki dırnaqarası müxalifət nümayəndələrinin gələcəkdə öz mövqelərini (papaqlarını) dəyişməyəcəyinə və konstitusiya dəyişikliyinə səs verməyəcəyinə heç kim zəmanət verə bilməz. Odur ki, Paşinyanın konstitusiya dəyişikliyi üçün lazımi səs çoxluğunu toplaya bilməyəcəyini iddia etmək indiki mərhələdə erkən yanaşmadır. Hazırda bu məsələlər dövlətlərarsı səviyyədə ciddi müzakirə mövzusudur və proses davamlı xarakter daşıyır.
Çimnaz Telmanqızı
01:13 / 19 İyun 2026
1
01:06 / 19 İyun 2026
27
00:55 / 19 İyun 2026
54
00:44 / 19 İyun 2026
141
00:42 / 19 İyun 2026
99
00:39 / 19 İyun 2026
65
00:35 / 19 İyun 2026
103
00:28 / 19 İyun 2026
100
00:27 / 19 İyun 2026
216
00:18 / 19 İyun 2026
62
00:15 / 19 İyun 2026
98
00:04 / 19 İyun 2026
333
23:56 / 18 İyun 2026
70
23:47 / 18 İyun 2026
67
23:24 / 18 İyun 2026
80
23:10 / 18 İyun 2026
98
23:02 / 18 İyun 2026
72
22:50 / 18 İyun 2026
121
22:50 / 18 İyun 2026
1243
22:42 / 18 İyun 2026
558
22:37 / 18 İyun 2026
70
22:26 / 18 İyun 2026
334
22:22 / 18 İyun 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.