Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
517
18.06.2026, 23:47
Azərbaycanda daşınmaz əmlak bazarında son dövrlər alıcıların qarşılaşdığı ən böyük problemlərdən biri üzə çıxıb. Pulu ödənilən, təmiri bəyənilən mənzillərin sonradan başqa şəxslər tərəfindən iddia predmeti olması yüzlərlə vətəndaşı çətin vəziyyətdə qoyur. Bəs böyük məbləğdə pul ödəyib aldığınız ev birdən-birə əlinizdən çıxa bilərmi?
Oxu24.com ekspertlərin bu mövzu ilə bağlı mühüm xəbərdarlığını təqdim edir.
Mütəxəssislərin bildirdiyinə görə, əmlak alarkən ən böyük təhlükə vərəsəlik sənədləri ilə bağlıdır. Belə ki, bir şəxs dünyasını dəyişdikdən sonra onun mənzili övladlarına qalır. Lakin övladlardan biri digər qardaş və ya bacılarının xəbəri olmadan ev üzərində müəyyən sənədləşmə apararaq mənzili satışa çıxarır.
Məsələn, digər vərəsələr xaricdə (Rusiya, Türkiyə və s.) yaşayırsa və mənzilin satılmasından ümumiyyətlə xəbərləri yoxdursa, bu gələcəkdə böyük məhkəmə çəkişmələrinə yol açır. Siz evi alıb, pulunu tam ödədikdən bir il sonra qapınızı digər vərəsə döyərək “Bu evdə mənim də payım var" deyə bilər.
Vacib qeyd: Əgər mülkiyyət sahibi vəsiyyətnamə qoymayıbsa, qanunla bütün övladlar və hətta dünyasını dəyişmiş övladların uşaqları belə o əmlakda pay sahibidir. Satış prosesindən əvvəl bu məsələlərin tam hüquqi həlli tapılmalıdır.
Alıcı nələri riskə atır?
Bu növ problemli sənədləri olan evləri alan şəxslər faktiki olaraq hər şeyini itirmək təhlükəsi ilə üz-üzə qalır:
•İllərlə davam edən məhkəmə prosesləri.
•Ödənilən pulların dondurulması və ya tamamilə batması. Keçmiş ev sahibi pulu geri qaytarmaqdan imtina etdikdə proses daha da mürəkkəbləşir.
Ən böyük səhv harada edilir?
Vətəndaşların mənzil alarkən etdiyi ən böyük səhv, evə vizual olaraq baxıb, binasını, qazını və təmirini bəyənərək dərhal qərar vermələridir. Sənədləşmə tərəfi isə tam dəqiq araşdırılmır. Ekspertlər xəbərdarlıq edir ki, bu cür dəhşətli vəziyyətlərlə qarşılaşmamaq üçün ev alarkən mütləq peşəkar hüquqşünaslara və sahənin mütəxəssislərinə müraciət olunmalı, vərəsəlik işinin açılıb-açılmadığı, digər payçılardan imtina ərizələrinin olub-olmadığı 6 ay öncədən dərindən yoxlanılmalıdır.
Oxu24.com olaraq xatırladırıq ki, evinizin sənədlərini yoxlamadan imza atmayın, pullarınız və gələcəyiniz məhv ola bilər!
20:30 / 27 Sentyabr 2026
8
20:06 / 27 Sentyabr 2026
142
19:57 / 27 Sentyabr 2026
35
19:46 / 27 Sentyabr 2026
92
19:40 / 27 Sentyabr 2026
235
19:37 / 27 Sentyabr 2026
46
19:36 / 27 Sentyabr 2026
50
19:05 / 27 Sentyabr 2026
47
18:44 / 27 Sentyabr 2026
61
18:25 / 27 Sentyabr 2026
62
17:14 / 27 Sentyabr 2026
65
17:08 / 27 Sentyabr 2026
64
16:51 / 27 Sentyabr 2026
68
16:45 / 27 Sentyabr 2026
66
16:39 / 27 Sentyabr 2026
137
16:36 / 27 Sentyabr 2026
82
16:27 / 27 Sentyabr 2026
76
16:14 / 27 Sentyabr 2026
71
15:59 / 27 Sentyabr 2026
75
15:48 / 27 Sentyabr 2026
83
15:42 / 27 Sentyabr 2026
828
15:30 / 27 Sentyabr 2026
66
15:15 / 27 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.