COP31-də Heydər Əliyev Fondu və Sıfır Tullantı Fondunun birgə pavilyonu açılıb - FOTO
11 Noyabr 2026, 17:16
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
781
18.05.2026, 11:22
"Hayastan" blokunun baş nazirliyə namizədi, Ermənistanın terrorçu eks-prezidenti, Xocalı canisi prezidenti Robert Köçəryan 1 aprel 2025-ci ildən 1 aprel 2026-cı ilə qədər olan hesabat dövrü üçün əmlak və gəlir bəyannaməsini Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Oxu24.com xəbər verir ki, " Pastinfo "nun məlumatına görə, Robert Köçəryan hazırda de-yure və de-fakto Azərbaycan Respublikasının ərazisi olan Xankəndi şəhərində işğal dövründə yaşadığı mənzilini də seçki ilə bağlı əmlak və gəlir bəyannəməsinə daxill edib.
"Köçəryan həmçinin İrəvanın Admiral İsakov prospektində yerləşən və öz mülkü hesab edilən 1715,7 kvadratmetr sahəsi olan yaşayış evini də bəyan edib.
İkinci prezident daşınar əmlakı, 8 milyon dramdan və ya onun ekvivalentindən çox olan xarici valyutadakı əmlakı bəyan etməyib və korporativ istiqrazlardan əldə etdiyi 34 min 740 ABŞ dollarını, 2 milyon 599 min 17 rublu və Ermənistan Sosial İşlər Nazirliyindən aldığı 15 milyon 142 min 400 dram pensiyanı gəlir kimi bəyan edib.
Bəyannamənin təqdim edildiyi tarixə qədər onun 15 milyon 300 min dram, 772 min dollar və 14 milyon 717 min rublu var idi. O, Rusiyanın ən böyük çoxfiliallı holdinqlərindən biri olan və mərkəzi ofisi Moskvada yerləşən "Sistema BFC"-də (Səhmdar Maliyyə Korporasiyası) səhmlərə sahibdir", -xəbərin ardında belə deyilir.
Qeyd:
Moderator.az-ın araşdırmasına görə, R.Köçəryanın işğal dövründə Xankəndinin o vaxtkı Maksim Qorki 11 ünvanında ikimərtəbəli evi olub.
P.S. Bununla Xocalı canisi, 2008-ci il martın 1-də ermənilərə də qarşı silah işlədilməsinə əmr vermiş R.Köçəryan bununla öz seçicilərinə "vətənpərvərliyini"- Qarabağı, o cümlədən Xankəndini "Ermənistan torpağı" saydığını göstərmək istəyir. Halbuki həmin tarixi Azərbaycan torpaqlarında sovet dövründə Azərbaycan vətəndaşı kimi çox firavan yaşayan soydaşlarını haqsız yerə separatçılığa, terrorçuluğa təhrik edərək həyatlarını faciə çevrilməsində əsas rol oynamış əsas imperiya alətlərindən, "KQB" agentlərindən biri özü olub... (moderator.az)
18:17 / 11 Noyabr 2026
14
18:13 / 11 Noyabr 2026
30
18:06 / 11 Noyabr 2026
235
18:01 / 11 Noyabr 2026
57
17:42 / 11 Noyabr 2026
160
17:40 / 11 Noyabr 2026
97
17:35 / 11 Noyabr 2026
174
17:16 / 11 Noyabr 2026
89
17:13 / 11 Noyabr 2026
158
17:12 / 11 Noyabr 2026
90
16:35 / 11 Noyabr 2026
107
16:07 / 11 Noyabr 2026
146
16:04 / 11 Noyabr 2026
304
16:01 / 11 Noyabr 2026
121
16:00 / 11 Noyabr 2026
103
15:50 / 11 Noyabr 2026
116
15:50 / 11 Noyabr 2026
126
15:40 / 11 Noyabr 2026
109
15:31 / 11 Noyabr 2026
1030
15:27 / 11 Noyabr 2026
897
15:13 / 11 Noyabr 2026
124
15:07 / 11 Noyabr 2026
216
14:51 / 11 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.