Rusiya Ukraynanın 1198 dronunu vurub
13 Noyabr 2026, 12:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
3622
07.03.2026, 00:53
ABŞ Prezidenti Donald Tramp Kubanın hazırkı idarəetmə rejiminin yaxın zamanda süqut edəcəyini və rəsmi Havananın Vaşinqtonla genişmiqyaslı sövdələşməyə hazır olduğunu bildirib.
Oxu24.com CNN-ə istinadla xəbər verir ki, Ağ Ev rəhbəri Kubanın iqtisadi və siyasi baxımdan ağır günlər yaşadığını vurğulayaraq, rəsmi Vaşinqtonun bu məsələdə qətiyyətli olduğunu bildirib.
Tramp müsahibəsində Kuba ilə bağlı proqnozlarını belə ifadə edib:
“Kuba tezliklə süqut edəcək. Bunun hazırda apardığımız işə birbaşa aidiyyəti olmasa da, Kuba da çökəcək”.
Prezident rəsmi Havananın ABŞ ilə razılığa gəlmək üçün ciddi istək nümayiş etdirdiyini qeyd edərək, bu prosesi idarə etmək üçün xüsusi nümayəndəsini müəyyənləşdirdiyini açıqlayıb:
“Onlar sövdələşmə bağlamaq istəyirlər, buna görə də mən ABŞ dövlət katibi Markonu ora göndərəcəyəm. Hazırda əsas diqqətimiz buna köklənib. Bizim vaxtımız çoxdur, amma 50 il keçdikdən sonra Kuba artıq hazırdır”.
Xatırladaq ki, yanvarın 3-də ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyat və Prezident Nikolas Maduronun saxlanılmasından sonra Kubanın əsas neft tədarükü zənciri qırılıb. Bu hadisə adada kəskin yanacaq və enerji böhranına səbəb olub ki, mütəxəssislər bunu “2026-cı il Kuba böhranı” adlandırırlar.
14:50 / 13 Noyabr 2026
1
14:46 / 13 Noyabr 2026
23
14:33 / 13 Noyabr 2026
50
14:24 / 13 Noyabr 2026
200
14:17 / 13 Noyabr 2026
273
14:12 / 13 Noyabr 2026
59
14:05 / 13 Noyabr 2026
121
14:00 / 13 Noyabr 2026
76
13:43 / 13 Noyabr 2026
140
13:41 / 13 Noyabr 2026
74
13:20 / 13 Noyabr 2026
77
13:05 / 13 Noyabr 2026
170
12:57 / 13 Noyabr 2026
118
12:45 / 13 Noyabr 2026
115
12:32 / 13 Noyabr 2026
152
12:20 / 13 Noyabr 2026
101
12:17 / 13 Noyabr 2026
99
12:08 / 13 Noyabr 2026
709
11:55 / 13 Noyabr 2026
116
11:45 / 13 Noyabr 2026
189
11:40 / 13 Noyabr 2026
111
11:21 / 13 Noyabr 2026
362
11:15 / 13 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.