Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Ukraynada nüvə silahı olduğunu açıqlayıb

Rusiya Ukraynada nüvə silahı olduğunu açıqlayıb

DÜNYA

286

06.08.2024, 21:23

Newsweek qeyd edib ki, rusiyalı “mütəxəssislər” televiziyada taktiki nüvə silahlarının Kiyevə ötürüldüyünü bildiriblər.


Kreml yönümlü Siyasi İnformasiya Mərkəzinin rəhbəri Aleksey Muxin “Rossiya-1” dövlət telekanalında deyib ki, “F-16 qırıcılarının Ukraynaya çatdırılması taktiki nüvə silahlarının da ötürüldüyünü göstərir”.

 

“İlk növbədə, F-16 artıq mövcuddur və mən əminəm ki, taktiki nüvə silahları artıq mövcuddur. Təəssüf ki, təcrübə göstərir ki, onlar nəyisə bəyan edəndə bu, bir neçə ay əvvəl baş verib”, - Muxin bildirib.

 

Ukrayna Budapeşt Memorandumu çərçivəsində Rusiya və ABŞ-ın təhlükəsizlik zəmanəti müqabilində nüvə arsenalından imtina edib. Buna baxmayaraq, Kremlyönlü media və rəsmilər 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri dəfələrlə nüvə silahı haqqında xəbərlər yayıblar.

 

Miri