Paşinyan bir sıra media nümayəndələrini məhkəməyə verib
24 Noyabr 2026, 13:18
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
263
06.08.2024, 20:41
Nigeriya polisi Kano, Kaduna, Katsina və Bauçi ştatlarında Rusiya bayraqları ilə dalğalanan hökumət əleyhinə “Pis idarəçiliyə son” etirazını bildirən azı 30 nəfəri həbs edib.
Yerli Punch nəşri Müdafiə Qərargah rəisi, general Kristofer Musanın açıqlamalarına istinadən xəbər verir ki, ölkə üzrə ümumilikdə 873 nəfər, o cümlədən çoxlu sayda Rusiya bayraqları daşıyan Əhməd Bello adlı dərzi saxlanılıb.
Həbslər Nigeriya prezidenti Bola Tinubunun təhlükəsizlik xidmətlərinə ölkədə Rusiya simvollarını nümayiş etdirənlərə qarşı sərt tədbirlər görməyi əmr etməsindən sonra başlayıb.
"Əvvəlcə aksiya başlayanda onlar (etirazçılar) bunun dinc aksiya olduğunu dedilər, lakin biz başa düşdük ki, etirazdan istifadə edərək xaos yaratmağa hazır olan insanlar var", - Musa brifinq zamanı izah edib. O, əlavə edib ki, hakimiyyət Nigeriyada xarici bayraqların asıldığı, nümayişçilərin soyğunçuluq və oğurluqla məşğul olmağa başladığı vəziyyətdən narahatdır.
Nigeriya hakimiyyəti Rusiya bayraqlarını asan insanların hərəkətlərini təqdir etmir, general xəbərdarlıq edib: “Bu cinayət dövlətə xəyanətlə müqayisə oluna bilər və ona belə yanaşılacaq”. O, həmçinin qeyd edib ki, yad rəmzləri nümayiş etdirənlərin əksəriyyəti buna sövq edilən uşaqlardır. “Onlara kimin sponsorluq etdiyini izləyirik. Biz bunun arxasında duranları müəyyən etmişik və onlara qarşı ciddi tədbirlər görəcəyik”, - deyə Musa bildirib.
Miri
Həmçinin oxuyun
15:41 / 24 Noyabr 2026
1
15:36 / 24 Noyabr 2026
27
15:34 / 24 Noyabr 2026
54
15:29 / 24 Noyabr 2026
39
15:17 / 24 Noyabr 2026
51
15:10 / 24 Noyabr 2026
74
15:03 / 24 Noyabr 2026
96
14:40 / 24 Noyabr 2026
59
14:20 / 24 Noyabr 2026
109
14:17 / 24 Noyabr 2026
120
14:05 / 24 Noyabr 2026
95
14:04 / 24 Noyabr 2026
122
13:40 / 24 Noyabr 2026
114
13:31 / 24 Noyabr 2026
795
13:23 / 24 Noyabr 2026
125
13:18 / 24 Noyabr 2026
109
13:11 / 24 Noyabr 2026
149
13:07 / 24 Noyabr 2026
128
13:04 / 24 Noyabr 2026
121
13:01 / 24 Noyabr 2026
114
12:56 / 24 Noyabr 2026
140
12:50 / 24 Noyabr 2026
137
12:48 / 24 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.