Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə yüksək inflyasiya ilə üzləşə bilər

Türkiyə yüksək inflyasiya ilə üzləşə bilər

DÜNYA

305

17.04.2024, 17:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Mərkəzi Bankı bu il inflyasiyanın 73-75% səviyyəsində zirvəyə çatacağını gözləyir.

 

Oxu24.com  xəbər  verir   ki, ölkənin Statistika İnstitutu (TÜİK) Türkiyədə illik inflyasiyanın mart ayında 68,5%-ə (fevralda - 67,07%) sürətləndiyini bildirib.

 

“TRT Haber” Mərkəzi Bankın sədri Fatih Karahana istinadən xəbər verir ki, “İnflyasiya 73-75%, bu ilin sonunda 36%, gələn il 14% və 2026-cı ildə 9% olacaq”.

 

Qeyd olunur ki, son məqsəd inflyasiyanın 5%-ə çatmasıdır.

 

Yüksək inflyasiya bir sıra mənfi nəticələrə səbəb olur.

 

Əmtəə və xidmətlərin qiymətlərinin qalxması əhalinin gəlirlərinin və əmanətlərinin dəyərdən düşməsi hesabına onların alıcılıq qabiliyyətinin itirilməsinə səbəb olur.

 

Nigar