Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna üçün 1 milyarddan çox YARDIM

Ukrayna üçün 1 milyarddan çox YARDIM

DÜNYA

326

17.04.2024, 10:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Kanada hakimiyyəti 2024-cü ildə Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Ukraynaya 2,4 milyard Kanada dolları (1,74 milyard ABŞ dolları) məbləğində kredit vermək niyyətindədir.
 
 
 
OXU24.COM  xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin dərc etdiyi növbəti maliyyə ili üçün büdcə layihəsində deyilir.
 
 
“2024-cü ilin büdcəsində Kanadanın Ukraynaya 2,4 milyard dollar kredit vermək niyyəti var və bunun 2 milyard dolları artıq martın 20-də BVF-nin idarə etdiyi hesab vasitəsilə Ukraynaya köçürülüb”, - deyə sənəddə qeyd edilir.
 
 
 
Layihədə, həmçinin nəzərdə tutulub ki, Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollar dəyərində hərbi yardım köçürəcək.