Qaynar xətt:

(+99450) 247 90 86

İran  İsraili  hədələyib

İran  İsraili  hədələyib

DÜNYA

334

16.04.2024, 10:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail İslam Respublikasına hücum etməyə cəhd edərsə, İran saniyələr ərzində cavab verəcək və bu cavab əvvəlkindən qat-qat güclü olacaq.

 

Oxu24.com   xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani deyib.

 

Diplomat vurğulayıb ki, əgər İsrail növbəti səhvə yol verərsə, Tehranın cavabı güclü və dərhal olacaq və günlərlə deyil, saniyələrlə ölçüləcək.

 

Aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğuna İsrailin hücumuna cavab olaraq aprelin 14-nə keçən gecə İran İsrailə hücum edib.

 

İsrail hakimiyyəti Tehrandan irimiqyaslı hücuma hazırlaşırdı.

 

5 saat davam edən hücum zamanı İslam Respublikası İsrailə doğru 185 pilotsuz uçan aparat, 30 qanadlı raket və 120 ballistik raket atıb.

 

CNN-in məlumatına görə, Bayden İsrailin baş naziri Benyamin Netanyahuya ABŞ-ın İrana qarşı hücum əməliyyatlarında iştirak etməyəcəyini açıqlayıb.

 

 NBC mənbələrinə görə, ABŞ rəsmiləri İsrailin mümkün nəticələrini düşünmədən İrana cavab verəcəyindən narahatdırlar.

 

Miri