Qaynar xətt:

(+99450) 247 90 86

Tramp Nyu-York məhkəməsinə gəlib

Tramp Nyu-York məhkəməsinə gəlib

DÜNYA

224

15.04.2024, 20:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkdakı cinayət məhkəməsinə gəlib, o, keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən Tramp Təşkilatının maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı ilk cinayət işi üzrə dinləmələrdə ifadə verəcək.

 

Oxu24.com   xəbər  verir   ki, Amerikanın keçmiş liderini qarşıda daha üç cinayət işi gözləyir.

 

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp dörd cinayət işi üzrə 91 ittihamla üzləşib.

 

Ümumilikdə onu 700 ildən çox həbs cəzası gözləyir.

 

Biznesmen özü hər şeyi inkar edir və deyir ki, onun cinayət təqibi demokratlar tərəfindən onun Ağ Evə qayıtmasına mane olmaq cəhdidir.

 

12 sentyabr 2023-cü ildə Rusiya prezidenti Vladimir Putin Trampın məhkəmələrini “siyasi səbəblərə görə təqib” adlandırıb.

 

Onun sözlərinə görə, baş verənlər “Amerika siyasi sisteminin çürüklüyünü” nümayiş etdirir.

 

Miri