Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan elə söz istifadə etdi ki, Ermənistan qarışdı

Paşinyan elə söz istifadə etdi ki, Ermənistan qarışdı

DÜNYA

800

15.04.2024, 19:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələri ilə bağlı “Böyük Fəlakət"  və “cinayət” ifadələrindən istifadə etməsi Ermənistanda mübahisələrə səbəb olub.

 

Oxu24.com  xəbər  verir   ki,  Baş nazir Paşinyan özünün şəxsi “Facebook” səhifəsində hakim partiyasının “Mülki müqavilə” siyasi məktəbi üçün hazırladığı “Ermənistan Respublikasının sosial psixologiyası” adlı məqaləsini  paylaşıb.

 

XVII əsrin əvvəllərində İran şahı Abbas tərəfindən ermənilərin İrana köçməsinin xalqın sosial psixologiyasına dərin təsirlər göstərdiyini əsas gətirən Paşinyan 1915-ci il hadisələrinə toxunub.

 

Paşinyan 1915-ci il hadisələri üçün Ermənistanda işlədilən “soyqırım” əvəzinə “Böyük Fəlakət (Meds Yeghern)” və “cinayət” sözlərindən istifadə edib.

 

Qısa müddətdə müxalifət dairələrindən reaksiya alan Paşinyanın bu sözləri ölkədə gündəm olub.

 

Paşinyan hələ də ona qarşı tənqidlərə cavab verməyib.

 

Nigar