Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə XİN təsdiqlədi: ABŞ və İran hücumdan əvvəl əlaqə qurub

Türkiyə XİN təsdiqlədi: ABŞ və İran hücumdan əvvəl əlaqə qurub

DÜNYA

332

14.04.2024, 19:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran İsrailə hücumundan əvvəl Türkiyə vasitəsilə ABŞ-la əlaqə saxlayıb.

 

OXU24.COM  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

 

“Hadisədən əvvəl biz İran və ABŞ rəsmiləri ilə əlaqə saxladıq və onları mülayim olmağa çağırdıq. Dövlətimiz vasitəsilə tərəflər qarşılıqlı gözləntilər və mesajlar çatdırıb, reaksiyaların proporsionallığını təmin etmək üçün lazımi təşəbbüslər həyata keçirilib”, – rəsmi məlumatda deyilir.

 

Qeyd olunub ki, Türkiyə təhlükəsizliyinə təsir edə biləcək bu hadisəni yaxından izləyir və ölkə başçısı mütəmadi olaraq məlumatlandırılır.

 

Bəyanatda Türkiyənin İsrailin Qəzzada apardığı müharibənin genişlənmə riski daşıdığına dair xəbərdarlıqları da xatırladılıb.