Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106110
az

Rusiya Fransanı terrorçu dövlət elan edə bilər - EKSPERT RƏYİ

17:3113 Aprel, 2024
120
DÜNYA
  • A

Rusiya Fransanı terrorçu dövlət elan edə bilər.

 

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı politoloq, təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov bildirib.


Onun sözlərinə görə, Fransa səfirinin bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinə çağırılması təsadüfi olmayıb: “Çox güman ona nota təqdim olunub. Bütün bunlar Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevin Fransanın “Crocus”da törədilən terror aktında əli olması ilə bağlı bəyanatı fonunda baş verir. Əlbəttə ki, burada əsas diqqət Fransanın üzərinə yönəlir. Əgər Parisin “Crocus” terrorunda əlinin olduğu sübut olunsa, Rusiya faktiki olaraq Fransanı terrorçu dövlət elan edə bilər. Bəziləri Moskvanın Fransanı terrorun arxasında dayanmaqda ittiham etməsini əsassız hesab edirlər. Baxın, Təhlükəsizlik Şurasında ikinci şəxs boş yerə, söz xətrinə belə şey deyə bilməz. Çox güman ki, o, artıq Rusiya xüsusi xidmət orqanlarının “Crocus” terroru ilə bağlı hesabatlarını, məruzələrini oxuyub. Medvedev xüsusi xidmət orqanlarının hesablarını oxumamış heç vaxt belə bəyanat verməzdi”.

Rusiyalı ekspert terror aktının bilərəkdən məhz etnik azərbaycanlı iş adamına məxsus məkanda törədilməsinə diqqət çəkib: "Məqsəd Azərbaycan-Rusiya əməkdaşlığına zərər vurmaq, Moskva ilə Bakının strateji müttəfiqlik barədə qarşılılıqlı əlaqələrinə xələl gətirməkdir. Lakin düşünürəm ki, bu, onlarda alınmayacaq. Fransa çox pis oynadı. Aydındır ki, Fransa Rusiya daxilinə nifaq salmaq, cəmiyyəti parçalamağa cəhd edir, xüsusilə də millətlərarası nifaq salmağa çalışır. Ona görə də biz hazırda ölkə daxilində miqrasiya problemi ilə bağlı səsli-küylü skandalların yaşandığını müşahidə edirik. Əslində, bu qanunsuz miqrasiya problemi çoxdan yetişmişdi. Onunla mübarizə aparmaq lazımdır. Ona görə də Rusiya indi bu sahədə səliqə-sahman yaratmağa başlayıb”.

Mixaylov qeyd edib ki, “Crocus” terroru Mərkəzi Asiyadan Rusiyaya gələn və nəzarət olunmayan əmək miqrantları tərəfindən terror təhdidinin olmasının üstünü açıb: “Fransa kimi ölkələr hər zaman belə vəziyyətdən istifadə edirlər. Məlumatlar var ki, Fransa Rusiyadan incik düşən Qarabağın erməni sakinlərindən ibarət legion hazırlayır və onları Rusiyaya qarşı döyüşmək üçün Ukrayna cəbhəsinə göndərməyi planlaşdırır. Bu, mümkündür. Dediyim kimi, Fransa kimi ölkələr hər zaman belə vəziyyətdən istifadə edirlər. Bir sözlə, Fransa hər yerdə pislik etməyə çalışır. Lakin bir məqamı qeyd etmək yerinə düşər ki, Fransa artıq o ölkə deyil ki, onunla dünya nəhəngi kimi hesablaşmaq lazım olsun. Bu həmin Fransadır ki, Afrika qitəsində Rusiyaya uduzub. Xatırlamaq lazımdır ki, Paris öz məqsədlərinə nail olmaq üçün Afrika qitəsində nə qədər terror törədib, onlara tabe olmayan siyasətçiləri fiziki olaraq aradan götürüb.

Onu da xatırlamaq lazımdır ki, erməni terrorçuları məhz Fransada özlərinə yuva salıblar. Məhz Fransa erməni terror təşkilatı olan ASALA-nı dəstəkləyib, onun Türkiyə diplomatlarına qarşı terror hücumlarına şərait yaradıb”.

Təhlükəsizlik üzrə ekspert Fransanın bu gün həm də Cənubi Qafqazda Rusiya əleyhinə siyasət apardığını vurğulayıb: “Paris öz milli maraqları naminə Ermənistandan istifadə edərək regionda vəziyyəti de-stabilləşdirməyə, Azərbaycanın regionda sülh səylərinə maneə olmağa çalışır. Fikrimcə, Azərbaycanı bu kontekstdə dayandırmaq çox çətindir. Nəzərə alaq ki, Bakı həm Moskva, həm də Ankara ilə müttəfiqlik haqqında bəyannamə imzalayıb. Azərbaycan Rusiya və Türkiyə ilə həm iqtisadi, həm də siyasi və hərbi sahədə əlaqələri inkişaf etdirir. Ona görə də düşünürəm ki, birgə səylərlə həm Ermənistan rəhbərliyinin, həm də onların kuratorlarının ağıllarını başlarına gətirmək mümkündür.

Bu kontekstdə fransızlara düşünmək lazımdır ki, hansı vacibdir: Rusiya ilə sonuna qədər gedib münasibətləri tam kəsmək, yoxsa münasibətlərə yenidən baxmaq…”

Mixaylov bu cür bəyanatlar fonunda Rusiya ilə Fransa arasında diplomatik münasibətərin kəsilməsi ehtimalının da olduğunu əlavə edib.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov APA-nın Moskva müxbirinə açıqlamasında son zamanlar Fransanın ən aqressiv anti-Rusiya ölkəsi olmaq üçün böyük səylər göstərdiyini söyləyib: “Fransa xüsusi xidmət orqanları demək olar Rusiya xüsusi xidmət orqanları ilə Afrikada müharibə vəziyyətindədir.

Bundan başqa Fransa Cənubi Qafqazda da Rusiya ilə münaqişəli vəziyyətdədir. Terror aktının törədildiyi “Crocus City Hall”ın sahibinin etnik azərbaycanlı olması isə Fransanın açıq-aydın ermənipərəst, anti-Azərbaycan siyasət yürütməsinə işarə edir. Ona görə də “Crocus” terrorunda Fransa hakimiyyətinin iştirakı araşdırılmalıdır.

Hələlik Parisin terror aktında iştirakına dair birbaşa faktlar yoxdur, lakin çoxlu dolayısı məlumatlar var ki, onlar Fransa xüsusi xidmət orqanlarının “Crocus” terror aktının hazırlanmasına və həyata keçirilməsinə hansısa şəkildə cəlb olunduğunu göstərir”, - politoloq bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna PUAsı vuruldu
Suriyalılar ölkələrinə qayıdır
Ermənistanın keçmiş müdafiə naziri    axtarışa     verildi

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu