Qaynar xətt:

(+99450) 247 90 86

Çində zəlzələ oldu

Çində zəlzələ oldu

DÜNYA

336

13.04.2024, 10:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə Çin Seysmoloji Mərkəzi öz saytında məlumat yayıb.

 

Zəlzələ aprelin 13-də saat 13:44-də (Moskva vaxtı ilə 8:44) Nqari rayonunda qeydə alınıb. Seysmik hadisənin episentrinin 10 km dərinlikdə olduğu dəqiqləşdirilir.

 

Dağıntı və tələfat barədə məlumat verilməyib.

 

Aprelin 10-da Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda 5,7 bal gücündə zəlzələnin baş verdiyini bildirib.

 

Aprelin 7-də Çinin cənubunda da 5,5 bal gücündə zəlzələ baş verib. Zəlzələ Aral şəhər rayonundan 117 kilometr şimal-şərqdə baş verib. Epidemiya 24 kilometr dərinlikdə olub.

 

Aprelin 4-də Çinin şimal-qərbindəki Qinghai əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

 

Bundan əvvəl İndoneziya sahillərində zəlzələ baş verib.

 

Nigar