Qaynar xətt:

(+99450) 247 90 86

İngiltərə   İrana  hücum  etməyə  çağırış edib

İngiltərə   İrana  hücum  etməyə  çağırış edib

DÜNYA

374

11.04.2024, 20:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Britaniya hakimiyyəti İran İsrailə hücum edəcəyi təqdirdə onunla birbaşa münaqişəyə girməyə hazır olmalıdır.

 

Oxu24.com  xəbər  verir   ki,  bu barədə “The Daily Telegraph” qəzetinin köşə yazarı, Kral Silahlı Qüvvələrinin istefada olan polkovniki Riçard Kempin məqaləsində deyilir.


“Biz İsrailin özünümüdafiə hüququnu dəstəkləyirik” deyən [Britaniya Xarici İşlər Naziri] Lord Kemeronun sözləri boş söz olmaqdan çıxmalı və Birləşmiş Krallıq İrana qarşı birbaşa hərbi əməliyyatlara hazır olmalıdır”,-deyə   Kemp bildirib.

 

Müəllifin fikrincə, Tehran “ABŞ və Böyük Britaniyanın zəifliyi” ucbatından İsrailin qonşularını silahla təmin etməklə Yaxın Şərqdəki vəziyyəti fəal şəkildə destabilləşdirir. O, həmçinin Qərb ölkələrinin son həftələrdə İsrailə qarşı tutduqları daha sərt mövqeyi tənqid edir və deyir ki, Rusiya və Çin regionda növbəti alovlanmaya Qərbin necə cavab verəcəyini diqqətlə izləyəcək.

 

London və Vaşinqtonun İrana qarşı mübarizədə israillilərə kömək etmək üçün lazım olan hər şeyi etməli olmasının bir səbəbi də budur.

 

Kemp yazır ki, “Birləşmiş Ştatlar və İngiltərə, eləcə də digər Qərb ölkələrinin strateji səriştəsizliyi hazırda İsraili bürüyən zorakılığa böyük töhfə verib” və əlavə edib ki, İDF “İİKK qərargahına” zərbə endirərkən beynəlxalq hüquq çərçivəsində hərəkət edib. 

 

Nigar