Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Husilərin pilotsuz təyyarələrini məhv edib

ABŞ Husilərin pilotsuz təyyarələrini məhv edib

DÜNYA

257

11.04.2024, 16:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gecə ABŞ ordusu Yəmənin husilərin nəzarətində olan bölgələrində 8 pilotsuz uçan aparatı məhv edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının bəyanatında deyilir.

 

O, həmçinin qeyd edir ki, pilotsuz təyyarələr “ABŞ, koalisiya və regiondakı ticarət gəmiləri üçün dərhal təhlükə törədir”.

 

Komandanlıq həmçinin çərşənbə günü ikisi Ədən körfəzi üzərində və biri Qırmızı dəniz üzərində də daxil olmaqla daha üç Husi pilotsuz təyyarəsinin məhv edildiyini bildirdi.

 

ABŞ koalisiya qüvvələrinin Ədən körfəzi və Qırmızı dənizdən keçən əsas gəmi yolunu İranın dəstəklədiyi husilərin hücumlarından qorumaq üçün səylərinə rəhbərlik edir.

 

Nigar