Səbail İcra Hakimiyyətinin başçısı rayonun ağsaqqalları və ziyalıları ilə görüş keçirib - FOTO
02 Noyabr 2026, 18:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1514
14.03.2022, 15:14
Prezident İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, sərəncamda deyilir:
"2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur.
Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.
Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür".
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu Natəvanın 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
18:48 / 02 Noyabr 2026
1
18:44 / 02 Noyabr 2026
46
18:33 / 02 Noyabr 2026
51
18:29 / 02 Noyabr 2026
247
18:22 / 02 Noyabr 2026
65
18:12 / 02 Noyabr 2026
67
18:11 / 02 Noyabr 2026
62
18:10 / 02 Noyabr 2026
71
18:05 / 02 Noyabr 2026
87
18:02 / 02 Noyabr 2026
57
18:02 / 02 Noyabr 2026
134
17:58 / 02 Noyabr 2026
69
17:53 / 02 Noyabr 2026
71
17:39 / 02 Noyabr 2026
103
17:20 / 02 Noyabr 2026
97
17:13 / 02 Noyabr 2026
231
17:02 / 02 Noyabr 2026
283
16:53 / 02 Noyabr 2026
709
16:28 / 02 Noyabr 2026
94
16:10 / 02 Noyabr 2026
1142
16:03 / 02 Noyabr 2026
96
16:01 / 02 Noyabr 2026
207
15:33 / 02 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.