Qaynar xətt:

(+99450) 247 90 86

3 noyabrla bağlı XƏBƏRDARLIQ

3 noyabrla bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

85

02.11.2026, 17:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Noyabrın 3-də Hövsan–Türkan avtomobil yolunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yolun kanal yaxınlığında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar noyabrın 3-də saat 07:00-dan 23:00-dək nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Sürücülərə alternativ yol kimi Zığ şossesindən (Beton yol) istifadə etmək tövsiyə olunur.