Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirib
02 Noyabr 2026, 17:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
188
02.11.2026, 17:02
TƏBİB-in Səhiyyə Nazirliyi ilə birləşdirilməsi və Anar Bayramovun nazir təyinatı səhiyyə nazirliyi sistemində çalışan rəhbər şəxslərdə ciddi narahatlıq yaradıb.
Oxu24.com xəbər verir ki, Bizimesr.info-ya daxil olan məlumata görə, uzun illərdir Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının və digər struktur bölmələrinin rəhbərləri mümkün kadr dəyişikliklərindən ciddi narahatlıq keçirirlər. Mənbənin bildirdiyinə görə, yaxın günlərdə nazirliyin tabeliyindəki bir sıra müəssisələrdə genişmiqyaslı yoxlamalara başlanılması gözlənilir. Yoxlamaların nəticəsindən asılı olaraq, demək olar ki, əksər institutların direktorlarının dəyişdirilməsi məsələsi gündəmdədir.
Məlumatlı mənbə bildirir ki, səhiyyə sistemində ciddi struktur və idarəetmə dəyişikliklərinin aparılması nəzərdə tutulur. İlkin yoxlamaların aşağıdakı qurumları əhatə edəcəyi iddia olunur:
Analitik Ekspertiza Mərkəzi;
Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;
İctimai Səhiyyə və İslahatlar Mərkəzi;
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi;
C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu;
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu;
K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu;
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu.
Mənbənin sözlərinə görə, proses yalnız ayrı-ayrı institutlarla məhdudlaşmaya bilər. Nazirliyin tabeliyində fəaliyyət göstərən digər strukturların rəhbərlərinin də dəyişdirilməsi nəzərdən keçirilir. Burada diqqətçəkən məqam isə uzun illərdir eyni sistem daxilində fəaliyyət göstərən qurumların idarəetmə effektivliyi, maliyyə vəsaitlərinin istifadəsi, kadr siyasəti və göstərilən xidmətlərin keyfiyyəti ilə bağlı mümkün yoxlamaların hansı nəticələr verəcəyidir.
"Səhiyyə sistemində gözlənilən dəyişikliklərin məqsədi yalnız direktorların dəyişdirilməsi deyil, illərdir formalaşmış idarəetmə mexanizmlərinin yenidən nəzərdən keçirilməsidir" deyə məlumatda qeyd olunur.
17:53 / 02 Noyabr 2026
1
17:39 / 02 Noyabr 2026
43
17:20 / 02 Noyabr 2026
70
17:13 / 02 Noyabr 2026
158
16:53 / 02 Noyabr 2026
472
16:28 / 02 Noyabr 2026
85
16:10 / 02 Noyabr 2026
297
16:03 / 02 Noyabr 2026
84
16:01 / 02 Noyabr 2026
181
15:33 / 02 Noyabr 2026
108
15:29 / 02 Noyabr 2026
176
15:18 / 02 Noyabr 2026
278
15:14 / 02 Noyabr 2026
122
15:10 / 02 Noyabr 2026
206
15:01 / 02 Noyabr 2026
99
14:59 / 02 Noyabr 2026
122
14:22 / 02 Noyabr 2026
246
14:20 / 02 Noyabr 2026
249
14:09 / 02 Noyabr 2026
107
13:55 / 02 Noyabr 2026
108
13:44 / 02 Noyabr 2026
185
13:35 / 02 Noyabr 2026
106
13:25 / 02 Noyabr 2026
878
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.