Qaynar xətt:

(+99450) 247 90 86

İşi məhkəməyə düşənlər bu 3 QAYDANI BİLMƏLİDİR

İşi məhkəməyə düşənlər bu 3 QAYDANI BİLMƏLİDİR

HÜQUQ

78

02.11.2026, 18:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim edəcəyimiz mövzu məhkəmə ilə bağlıdır.

Mövzu  ilə bağlı Oxu24.com-a danışan vəkil Azər İbrahimov bildirib ki,məhkəməyə gedən şəxs bu 3 qaydanı bilməlidir.

 Hakimə necə müraciət etməlisiniz?

Hakimin adını bilsəniz belə, ona adı ilə deyil, hörmətli məhkəmə müraciət formasında xitab edin. Məhkəmədə davranışınız və danışıq tərziniz də önəmlidir.

 Qarşı tərəflə mübahisəyə girməyin!

Qarşı tərəf sizi əsəbiləşdirsə belə, emosiyalarınıza hakim olun. Sözünüzü sakit şəkildə deyin və mübahisəyə deyil, məsələnin həllinə fokuslanın.

 Emosiyalarınızı deyil, faktları danışdırın!

Məhkəmədə təkcə iddia irəli sürmək kifayət deyil. Mövqeyinizi sənədlər, sübutlar və konkret faktlarla əsaslandırın.

 Unutmayın,məhkəmədə haqlı olduğunuzu düşünmək vacibdir, amma bunu hüquqi əsaslarla sübut edə bilmək daha vacibdir.

Nigar