Biləsuvarda şəhid qardaşı ilə şəhid bacısı evləndilər
23 Noyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
525
02.11.2026, 18:44
“Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisə üzrə iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu il sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İstintaq zamanı hadisənin bütün hallarının araşdırılması məqsədilə çoxsaylı şahidlərin ifadələri alınıb, məhkəmə-tibbi, əməyin təhlükəsizliyinin kompleks tədqiqi, tikinti-texniki, trasoloji və fiziki-kimyəvi ekspertizalar təyin edilərək müvafiq rəylər əldə olunub, aidiyyəti dövlət qurumlarına və digər təşkilatlara sorğular verilib, habelə digər zəruri prosessual hərəkətlər həyata keçirilib.
Aparılmış istintaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ramiz Hüseynovun istirahət mərkəzini idarə etdiyi müddətdə işə vicdansız və laqeyd münasibət göstərərək üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməməsi nəticəsində iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq tədbirlərilə əldə olunan sübutlar əsasında, həmçinin, müəyyən olunub ki, “Zipline” kanat yolu üçün nəzərdə tutulmuş qüllənin inşasını bu sahədə müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə şifahi qaydada həvalə edən Ramiz Hüseynov öz rəhbərliyi və birbaşa göstərişləri ilə qülləni qanunsuz inşa etdirib, qüllənin üzərindəki dəmir konstruksiyanın deformasiyaya uğraması nəticəsində kanatlarda dalğalanma yaranıb və sürüşməni təmin edən əsas zipline qurğusu kanatdan çıxıb, kustar üsulla hazırlanmış tormozlama və əlavə təhlükəsizlik vasitəsinin plastik boru hissəsinin kanata keçirilməsi səbəbindən kanatın titrəməsi nəticəsində həmin qurğunun parça hissəsi cırılıb, nəticədə, kanatdan istifadə edən Ucal Bayramov və Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 314.3-cü maddəsindən Məcəllənin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsi öldürmə) və 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq)maddələrinə tövsif edilib.
Noyabrın 2-də Ramiz Hüseynov Cinayət Məcəlləsinin 314.3-cü, Abasət Paşayev isə həmin Məcəllənin 124.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara müvafiq ittihamlar elan edilib. İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Şəki rayon məhkəməsinin qərarları ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
00:24 / 23 Noyabr 2026
101
00:11 / 23 Noyabr 2026
112
23:56 / 22 Noyabr 2026
101
23:43 / 22 Noyabr 2026
374
23:28 / 22 Noyabr 2026
362
23:26 / 22 Noyabr 2026
120
22:59 / 22 Noyabr 2026
414
22:36 / 22 Noyabr 2026
145
22:08 / 22 Noyabr 2026
994
21:14 / 22 Noyabr 2026
165
21:06 / 22 Noyabr 2026
171
20:56 / 22 Noyabr 2026
1551
20:30 / 22 Noyabr 2026
525
19:33 / 22 Noyabr 2026
1099
19:20 / 22 Noyabr 2026
169
19:05 / 22 Noyabr 2026
1426
18:54 / 22 Noyabr 2026
154
18:49 / 22 Noyabr 2026
193
18:21 / 22 Noyabr 2026
490
18:16 / 22 Noyabr 2026
228
18:02 / 22 Noyabr 2026
188
17:59 / 22 Noyabr 2026
179
16:38 / 22 Noyabr 2026
242
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.