Qaynar xətt:

(+99450) 247 90 86

Qulu Məhərrəmli üçün ÖZƏL GÜN

Qulu Məhərrəmli üçün ÖZƏL GÜN

CƏMİYYƏT

63

02.11.2026, 16:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün professor Qulu Məhərrəmlinin doğum günüdür.

Oxu24.com bildirir ki,Qulu Məhərrəmli 72 yaşını qeyd edir.

Bu münasibətlə onun həyat yoldaşı Zemfira  Məhərrəmli sosial şəbəkə hesablarında paylaşım edib.

"Ömür ötüb keçir aram-aram,ömür dostum. Yeni yaşın mübarək! 

Bu illər ərzində sənin varlığınla həmişə qürur duymuşuq.Mən də,övladların da, nəvələrin də.

Şəxsiyyətinlə,cəmiyyətdəki nüfuzunla, həyata baxışınla, mövqeyinlə hər vaxt öyünmüşəm. Yetirdiyin tələbələrin,davamçılarımız olacaq gənc jurnalistlərin sənə sevgisini, bəslədiyi ehtiramı duyanda qəlbim dağa dönüb.Artıq iki gündür ki, sosial şəbəkədə ad günü təbriklərin başlayıb.Zənglərin də arası kəsilmir.Dostların,jurnalist,alim,müəllim həmkarların,tələbə yoldaşların sənə xoş arzularını yetirirlər.Beləcə,həmişə olduğu kimi,ilin sonunadək, ta dekabrın 31-dək təbriklər səngiməyəcək.

Dostlar,doğma insanlar sağ olsun!

Amma bir ricam var: kişini qocaltmayın lütfən.72 yaş yox,27 yaş!".

Oxu24.com kollektivi dəyərli professor Qulu Məhərrəmlini doğum günü münasibəti ilə təbrik edir,ona cansağlığı arzu edir.

Jalə