Qulu Məhərrəmli üçün ÖZƏL GÜN
02 Noyabr 2026, 16:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
120
02.11.2026, 16:10
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha bir beynəlxalq rəqəmsal xidmət təchizatçısı- “Appcharge Ltd.” vergi uçotuna alınıb. Şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il noyabrın 1-dən qüvvəyə minib.
Oxu24.com bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Bu şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması yeni vergi mexanizminin tətbiqində əldə olunan mühüm nəticələrdəndir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir. Hazırda Azərbaycanda ƏDV qeydiyyatına alınmış rəqəmsal xidmət təchizatçılarının sayı 24-ə çatıb. Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.
Onu bildirək ki, Appcharge Ltd. mobil oyunlar və tətbiqlər üçün ödənişlərin emalı və elektron ticarət xidmətləri göstərən texnologiya şirkətidir. Şirkət əsasən mobil oyun istehsalçılarına oyun daxilindəki virtual məhsulları, oyun valyutalarını və digər rəqəmsal xidmətləri birbaşa oyunçulara satmağa imkan verən platforma təqdim edir. Bu platforma vasitəsilə ödənişlər müxtəlif bank kartları və elektron ödəniş sistemləri ilə həyata keçirilir.
16:28 / 02 Noyabr 2026
7
16:03 / 02 Noyabr 2026
45
16:01 / 02 Noyabr 2026
109
15:33 / 02 Noyabr 2026
79
15:29 / 02 Noyabr 2026
125
15:18 / 02 Noyabr 2026
205
15:14 / 02 Noyabr 2026
95
15:10 / 02 Noyabr 2026
162
15:01 / 02 Noyabr 2026
81
14:59 / 02 Noyabr 2026
102
14:22 / 02 Noyabr 2026
211
14:20 / 02 Noyabr 2026
220
14:09 / 02 Noyabr 2026
93
13:55 / 02 Noyabr 2026
94
13:44 / 02 Noyabr 2026
173
13:35 / 02 Noyabr 2026
97
13:25 / 02 Noyabr 2026
765
13:21 / 02 Noyabr 2026
186
13:19 / 02 Noyabr 2026
1250
13:18 / 02 Noyabr 2026
95
13:13 / 02 Noyabr 2026
142
12:59 / 02 Noyabr 2026
127
12:49 / 02 Noyabr 2026
1054
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.