SOCAR-da yeni TƏYİNAT
11 Noyabr 2026, 13:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
595
02.11.2026, 15:10
Nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilmiş kreditlər üzrə əlavə qiymətləndirmə meyarının müəyyən edilməsi barədə qərar noyabrın 10-da qüvvəyə minəcək.
Oxu24.com-un məlumatına görə, nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilən kreditlər üzrə yeni qiymətləndirmə meyarı müəyyənləşib. Belə ki, həmin şəxslər nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka məlumat təqdim etməlidirlər. Bank bu məlumatları kredit bürolarına təqdim edilən müvafiq məlumatlarla müqayisə edəcək. Müqayisə zamanı göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90 faizdən az olarsa, həmin kredit qeyri-qənaətbəxş aktivlər kateqoriyasına aid ediləcək.
Davranış modeli əsasında verilmiş kredit verildiyi anda azı nəzarət altında olan aktiv kimi təsnifləşdirilir
Bundan başqa, dəyişikliyə əsasən, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə, zaminin borcunun gəlirə nisbəti əmsalı 70 faizdən artıq olmamalıdır.
Kredit risklərinin hesablanması ilə bağlı müddəaya da dəyişiklik edilib. Belə ki, müvafiq hesablamada model əsasında verilmiş və son 12 ayda balansdan silinmiş kreditlər də nəzərə alınacaq.
Qeyd edək ki, zaminin borcunun gəlirə nisbəti əmsalı ilə bağlı yeni tələb həmin müddəanın qüvvəyə mindiyi tarixdən sonra yaranmış kredit tələblərinə şamil ediləcək.
Məsələn, zaminin aylıq gəliri 1 000 manatdırsa, onun borc yükü üzrə aylıq ödənişləri 700 manatdan çox olmamalıdır.
Azərbaycanda bankların kredit verərkən borcalanın gəlirlərini hesablaması ilə bağlı yeni tələb müəyyənləşib.
Dəyişikliyə əsasən, borcalanın gəlirlərini müvafiq sənədlərlə və ya dövlət informasiya sistemlərindən əldə olunan məlumatlarla müəyyən etmək mümkündürsə, banklar həmin şəxsin gəlirini davranış modeli əsasında proqnozlaşdıra bilməyəcəklər.
Məsələn, şəxsin əməkhaqqı barədə arayışı varsa və ya gəliri dövlət informasiya sistemlərindən müəyyən edilirsə, bank kredit hesablaması zamanı davranış modelinin proqnozlaşdırdığı gəlirdən istifadə edə bilməz.
Oxu.az
13:33 / 11 Noyabr 2026
1
13:27 / 11 Noyabr 2026
16
13:19 / 11 Noyabr 2026
41
13:13 / 11 Noyabr 2026
44
12:57 / 11 Noyabr 2026
107
12:54 / 11 Noyabr 2026
98
12:48 / 11 Noyabr 2026
91
12:44 / 11 Noyabr 2026
133
12:35 / 11 Noyabr 2026
192
12:32 / 11 Noyabr 2026
99
12:29 / 11 Noyabr 2026
83
12:24 / 11 Noyabr 2026
544
12:19 / 11 Noyabr 2026
406
12:15 / 11 Noyabr 2026
103
12:09 / 11 Noyabr 2026
92
11:57 / 11 Noyabr 2026
615
11:50 / 11 Noyabr 2026
124
11:49 / 11 Noyabr 2026
198
11:43 / 11 Noyabr 2026
1213
11:34 / 11 Noyabr 2026
123
11:32 / 11 Noyabr 2026
164
11:28 / 11 Noyabr 2026
174
11:16 / 11 Noyabr 2026
345
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.