Baş nazir QƏRAR İMZALADI
02 Noyabr 2026, 19:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
77
02.11.2026, 18:22
Son dövrlərdə kibertəhlükəsizlik təhdidlərinin, zərərli proqram təminatlarının yayılması və müxtəlif kiberhücumların sayının artması internet istifadəçilərinin şəxsi məlumatlarının təhlükəsizliyinin qorunmasını daha da aktuallaşdırır.
Oxu24.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) elektron xidmət istifadəçilərinə çağırışında bildirilib.
“Bununla əlaqədar DİM özünün elektron xidmətlərindən, informasiya sistemlərindən və digər onlayn resurslarından istifadə edən şəxslərə hesablarının təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra ehtiyat tədbirlərinə əməl etməyi tövsiyə edir.
İstifadəçilər DİM-in elektron xidmətlərinə və “Dövlət İmtahan Mərkəzt”lərinə yalnız etibarlı və təhlükəsiz internet şəbəkələrindən, özlərinə məxsus və ya etibarlı cihazlardan daxil olmalıdırlar. Xüsusilə, tanımadıqları internet klublarda, ictimai istifadə üçün nəzərdə tutulmuş kompüterlərdə və təhlükəsizliyinə əmin olmadıqları digər cihazlarda şəxsi hesablarına daxil olmaqdan çəkinməlidirlər.
Həmçinin istifadəçilərə şəxsi hesablarının giriş məlumatlarını, şifrələri və təsdiq kodlarını digər şəxslərlə paylaşmamaq, tanımadıqları şəxslərdən və ya şübhəli mənbələrdən daxil olan keçidlərə (linklərə) klikləməmək və s. təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur”, - məlumatda bildirilib.
Qeyd edilib ki, şəxsi hesabların və məlumatların təhlükəsizliyinin təmin olunması yalnız müvafiq informasiya sistemlərinin texniki mühafizəsindən deyil, həm də istifadəçilərin təhlükəsizlik qaydalarına məsuliyyətlə yanaşmasından asılıdır.
Dövlət İmtahan Mərkəzi istifadəçiləri elektron xidmətlərdən yararlanarkən diqqətli olmağa, şəxsi məlumatlarının qorunmasına məsuliyyətlə yanaşmağa və kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.Qafqazinfo
19:00 / 02 Noyabr 2026
74
18:58 / 02 Noyabr 2026
31
18:48 / 02 Noyabr 2026
51
18:44 / 02 Noyabr 2026
119
18:33 / 02 Noyabr 2026
68
18:29 / 02 Noyabr 2026
549
18:12 / 02 Noyabr 2026
77
18:11 / 02 Noyabr 2026
66
18:10 / 02 Noyabr 2026
80
18:05 / 02 Noyabr 2026
101
18:02 / 02 Noyabr 2026
60
18:02 / 02 Noyabr 2026
164
17:58 / 02 Noyabr 2026
71
17:53 / 02 Noyabr 2026
76
17:39 / 02 Noyabr 2026
107
17:20 / 02 Noyabr 2026
101
17:13 / 02 Noyabr 2026
243
17:02 / 02 Noyabr 2026
298
16:53 / 02 Noyabr 2026
761
16:28 / 02 Noyabr 2026
97
16:10 / 02 Noyabr 2026
1724
16:03 / 02 Noyabr 2026
99
16:01 / 02 Noyabr 2026
219
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.