Bu kənddə 3 gündür İŞIQ YOXDUR
02 Noyabr 2026, 20:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1486
13.03.2022, 19:44
Martın 24-də saat 20:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikilisi, o cümlədən Bakı Olimpiya Stadionu və 12-ci əsrin tarixi memarlıq abidəsi olan "Qız Qalası” qırmızı rənglə işıqlandırılacaq.
Oxu24.com-un məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının Dünya Vərəm Günü ilə bağlı şüarları ("The clock is ticking”, "End TB”) binalar üzərində nümayiş olunacaq.
Məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir. Stop TB ("Vərəmə son qoyaq”) tərəfdaşlığı 2017-ci ildən başlayaraq hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların "qırmızı rəngə” boyanması aksiyasını keçirir. Bu il Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və "Sağlamlığa Xidmət” İctimai birliyi bu aksiyanın ölkəmizdə də keçirilməsinə təşəbbüs göstərib. Bununla da, vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkiləcək və onlarla həmrəylik nümayiş olunacaq.
Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.
1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər.
Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. Hər il dünyada 10 milyondan çox insan vərəmlə yoluxur və 1.5 milyon insan vərəmdən dünyasını dəyişir. Hər gün dünyada 700 uşaq vərəm səbəbiylə həyatını itirir, bu da o deməkdir ki, hər üç dəqiqədə bir uşaq vərəmdən dünyasını dəyişir. 2020-ci ilin əvvəllərində bütün dünyada tüğyan edən COVİD-19 pandemiyası səbəbiylə vərəmlə mübarizə bir qədər çətinləşib.
20:16 / 02 Noyabr 2026
1
20:11 / 02 Noyabr 2026
1
20:00 / 02 Noyabr 2026
33
19:56 / 02 Noyabr 2026
56
19:55 / 02 Noyabr 2026
82
19:44 / 02 Noyabr 2026
69
19:33 / 02 Noyabr 2026
73
19:27 / 02 Noyabr 2026
245
19:16 / 02 Noyabr 2026
70
19:15 / 02 Noyabr 2026
104
19:09 / 02 Noyabr 2026
78
19:06 / 02 Noyabr 2026
74
19:00 / 02 Noyabr 2026
163
18:58 / 02 Noyabr 2026
80
18:48 / 02 Noyabr 2026
81
18:44 / 02 Noyabr 2026
230
18:33 / 02 Noyabr 2026
84
18:29 / 02 Noyabr 2026
1109
18:22 / 02 Noyabr 2026
97
18:12 / 02 Noyabr 2026
98
18:11 / 02 Noyabr 2026
77
18:10 / 02 Noyabr 2026
102
18:05 / 02 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.