Qaynar xətt:

(+99450) 247 90 86

Prokurorluq orqanlarının veteranları təltif ediliblər 

Prokurorluq orqanlarının veteranları təltif ediliblər 

CƏMİYYƏT

73

02.11.2026, 19:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Baş Prokurorluqda veteran əməkdaşlar Çingiz Yavər oğlu Məmmədovun 75, Əziz Cəfər oğlu Seyidovun isə 70 illik yubileylərinin tamam olması münasibətilə tədbir keçirilib.

Bu barədə Oxu24.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Baş prokuror Kamran Əliyev çıxış edərək veteranları əlamətdar yubileyləri münasibətilə təbrik edib, onların uzunillik və səmərəli xidmətlərinin prokurorluq orqanlarının formalaşması və inkişafında, qanunçuluğun möhkəmləndirilməsində, dövlət və cəmiyyət qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsində mühüm rol oynadığını vurğulayıb.

Baş prokuror tərəfindən yubilyarlara "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalları təqdim edilib.

Veteran prokurorluq işçiləri çıxışlarında uzun illər ərzində prokurorluq orqanlarında fəaliyyət göstərməyin onlar üçün böyük şərəf və qürur mənbəyi olduğunu bildiriblər. Onlar prokurorluq sistemində son dövrlərdə həyata keçirilən genişmiqyaslı islahatları, istintaq fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımları, ağır və mürəkkəb cinayət işlərinin araşdırılmasında əldə olunan müsbət nəticələri, habelə Azərbaycan Prokurorluğunun beynəlxalq nüfuzunun yüksəldilməsi və beynəlxalq əməkdaşlığın inkişafı sahəsində görülən işləri məmnunluqla qeyd ediblər. Veteranlar, həmçinin qurumun rəhbərliyi tərəfindən keçmiş əməkdaşlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, yubiley medalları ilə təltif olunmalarına görə dərin minnətdarlıqlarını ifadə ediblər.