Noyabrın 10-dan qüvvəyə MİNİR: Azərbaycanda hansı dəyişiklik OLACAQ?
03 Noyabr 2026, 19:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
519
02.03.2022, 16:13
Lider mobil operator Azərbaycandan Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zənglərin müddətini martın 6-na qədər uzatdı!
"Azercell Telecom" MMC Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir. Belə ki, lider mobil operator hazırda Ukrayna ərazisində olan Azərbaycan vətəndaşları, həmçinin vətəndaşlarımızın bu ölkədə yaşayan doğmaları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə Azərbaycandan-Ukrayna istiqamətində tətbiq etdiyi ödənişsiz telefon zənglərinin müddətini martın 6-na qədər (06.03.2022 tarixi daxil) uzatdı. Bu imkan bütün "Azercell" abunəçiləri üçün təqdim olunub.
Ukrayna istiqamətində mobil rabitə xəttlərində mümkün yüklənmə riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarının qarşısının alınması məqsədilə mobil operator öz abunəçilərdən qeyd edilən güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir.
Xatırladaq ki, Azərbaycandan Ukraynaya ödənişsiz zəng imkanı şirkət tərəfindən fevral ayının 27-dən etibarən tətbiq olunub. Azercell daha öncə Ukraynada olan abunəçilərinin balansına 50 azn həcmində vəsait yükləyib. Abunəçilərini diqqət mərkəzində saxlayan mobil operator onlara daima ünsiyyət və əlaqədə qalmaq üçün imkanlar yaradır. Bundan əlavə, şirkətin xidmət mərkəzləri 7/24 abunəçilərin xidmətindədir: Çağrı Mərkəzi (ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52); Online Dəstək xidməti; “Kabinetim” tətbiqi: //www.azercell.com/az/personal/digital-solutions/kabinetim.html
19:49 / 03 Noyabr 2026
44
19:39 / 03 Noyabr 2026
35
19:39 / 03 Noyabr 2026
57
19:32 / 03 Noyabr 2026
230
19:29 / 03 Noyabr 2026
58
19:25 / 03 Noyabr 2026
122
19:18 / 03 Noyabr 2026
95
19:12 / 03 Noyabr 2026
726
19:04 / 03 Noyabr 2026
69
18:59 / 03 Noyabr 2026
114
18:53 / 03 Noyabr 2026
464
18:49 / 03 Noyabr 2026
137
18:40 / 03 Noyabr 2026
104
18:33 / 03 Noyabr 2026
107
17:53 / 03 Noyabr 2026
708
17:51 / 03 Noyabr 2026
118
17:35 / 03 Noyabr 2026
132
17:10 / 03 Noyabr 2026
131
16:56 / 03 Noyabr 2026
138
16:51 / 03 Noyabr 2026
367
16:43 / 03 Noyabr 2026
144
16:35 / 03 Noyabr 2026
384
16:31 / 03 Noyabr 2026
278
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.