Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanda general yüksək vəzifəyə təyin edildi

SON DƏQİQƏ! Azərbaycanda general yüksək vəzifəyə təyin edildi

CƏMİYYƏT

1066

18.02.2022, 11:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini polis general-mayoru Zaur Abdullayev tutduğu vəzifədən azad edilib.

Oxu24.com -un  məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə o, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Onun yerinə isə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis polkovniki Sərdar Səfərov təyin edilib.

Qeyd edək ki, daha əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin rəisi general-mayor Mirqafar Seyidov idi. O, bir neçə gün əvvəl təqaüdə göndərilib.(report)