Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Bir qrup hərbçi ordudan bu səbəbə görə uzaqlaşdırıldı

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Bir qrup hərbçi ordudan bu səbəbə görə uzaqlaşdırıldı

CƏMİYYƏT

1288

20.11.2021, 11:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materialların paylaşılması Müdafiə Nazirliyinin rəhbərliyinin ciddi narahatlığına səbəb olub.

Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilib.

Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Oxu24.com