Məktəbə gedən uşaqları bu təhlükə gözləyir - Səhiyyə Nazirliyindən açıqlama
09 Noyabr 2026, 18:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
360
15.11.2021, 20:58
Abşeron rayonunda taksi sürücüsünü daşla vuraraq ona qarşı quldurluq edən "müştəri" saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Abşeron rayonu Atyalı yaşayış massivində taksi sürücüsünə qarşı quldurluq edilib. Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edən zərərçəkən sürücü bildirib ki, paytaxtın Nizami rayonunda bir nəfər sərnişin avtomobilə əyləşərək onu qeyd edilən yaşayış massivinə aparmasını xahiş edib. Deyilən ünvana çatanda isə müştəri üzərində olan daş parçası ilə sürücüyə müxtəlif dərəcəli bədən xəsarəti yetirib daha sonra onun mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb. Qobu Polis Bölməsinin əmədaşları tərəfindən məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həyata keçirilən əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Elbrus Məhərrəmli saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilib və Cinayət Məcəlləsinin 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Bu şəxsin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər qanunazidd hərəkətlər etdiyi istisna olunmur. Elbrus Məhərrəmlinin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə, Qobu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzin və Nazirliyin rəsmi sosial şəbəkə hesablarına məlumat verə bilərlər.
19:00 / 09 Noyabr 2026
1
18:57 / 09 Noyabr 2026
37
18:46 / 09 Noyabr 2026
47
18:41 / 09 Noyabr 2026
73
18:38 / 09 Noyabr 2026
84
18:31 / 09 Noyabr 2026
86
18:25 / 09 Noyabr 2026
559
18:23 / 09 Noyabr 2026
87
18:14 / 09 Noyabr 2026
83
18:02 / 09 Noyabr 2026
282
17:57 / 09 Noyabr 2026
101
17:56 / 09 Noyabr 2026
79
17:55 / 09 Noyabr 2026
104
17:38 / 09 Noyabr 2026
254
17:36 / 09 Noyabr 2026
129
17:22 / 09 Noyabr 2026
206
17:14 / 09 Noyabr 2026
113
16:56 / 09 Noyabr 2026
1002
16:53 / 09 Noyabr 2026
603
16:43 / 09 Noyabr 2026
250
16:37 / 09 Noyabr 2026
199
16:32 / 09 Noyabr 2026
136
16:28 / 09 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.