Gicitkən çayı - kimlər içməlidir?
10 Noyabr 2026, 05:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
414
05.11.2021, 22:33
"Türkiyədə, xüsusən Azərbaycanda məni bir şey heyrətləndirir. Burada insanlar, əsasən yaşlılar su içmir, suyu sevmirlər. Çay içirlər, bitir. İnsan yaşlandıqca orqanizm daha çox quruyur, susuzlaşır. Yaşlılar susuz bədəndə qalır. Susuz bədəndə də tromblaşma riski yüksəkdir"
Bilirik ki, insult, infarkt ən çox gecə yuxuda olur. Niyə? İnsan saat 7-8 də az miqdar su içir və yatmağa gedir. 50-60 yaşlı kişilərdə prostat böyüməsi də olur, gecə tualetə getməyim deyə, su içməzlər.
Milli.Az bildiri ki, bu sözləri medicina.az -a tanınmış türkiyəli professor, damar uzmanı Ahmet Memiş açıqlayıb. O, koviddən öncə, kovid zamanı və sonra qanı dərmansız durultmağın sadə yolunu açıqlayıb.
"Susuz bədən səhərə kimi daha susuz qalar. Qanin qatiligi artar, gecə yuxuda insult, infarkt riski yüksələr. Bizim yaşlıları istədi-istəmədi su içməyə məcbur öyrətmək lazımdır. Qazsız təmiz suyu qaynatmadan sərin-otaq temperaturunda içmək mütləqdir. Yatmazdan əvvəl 1 stəkan su içilərsə, gecə insultlarının qarşısı xeyli alınar.
Bəzi xəstələrə qandurulasdırıcı yazılır. Xüsusən ürək damar əməliyyatlarından sonra. O dərmanı içəndə də su içmək lazımdır. Bir -iki qurtum su ilə bu dərmanları içmək işə yaramır. Bədəninizdə su dövr etməlidir. Qanı durulaşdıran sudur.
Zatən damar sistemi pozulmuş, susuz orqanizm, yaşı yüksək, daha çox da kişilər kovidin vaskulit təsirindən ağırlaşır.
Qanı qatı olan insanda qan damardan bal kimi ağır axar. Balı bir kapilyarın içindən keçirmək mümkündürmü? Xeyr.
Kovid zamanı qanın duru olması şərtdir. Bunu artıq bütün həkimlər bilir. Kovidli xəstənin rutin analizlərində qan və tromb analizləri incələnir, qandurulaşdırıcı, heparin, kleksan lazım gələrsə edilir. Qanın tromblaşmasını artıran səbəblər aradan qaldırılmalıdır. İşin profilaktikası təkcə kovid və fəsadı deyil."
Profilaktik məqsədilə aspirin, kardio maqnil kimi dərmanlar içmək olarmı ki, qanımız daha duru olsun?
Professor qəti olaraq buna gərək olmadığını bildirib.
"Xeyr, sadəcə profilaktika və qanım duru olsun deyə bu dərmanları içməyə ehtiyac yoxdur. Çünki hər bir dərmanın əks təsiri var. Aspirin kimi ucuz dərman bir möcüzədir. Amma onun da yan təsirləri var.
Riskli xəstəsizsə, qan analizləriniz və müayinələriniz pisdirsə, həkim bunları xəstəyə yazır. Risqiniz yoxsa, qanın durulmasını istəyirsənsə, su iç, hərəkətdə ol, qan durulaşacaq".
05:37 / 10 Noyabr 2026
51
05:27 / 10 Noyabr 2026
52
04:34 / 10 Noyabr 2026
91
04:12 / 10 Noyabr 2026
113
02:34 / 10 Noyabr 2026
133
02:02 / 10 Noyabr 2026
127
01:30 / 10 Noyabr 2026
255
01:19 / 10 Noyabr 2026
409
01:00 / 10 Noyabr 2026
182
00:25 / 10 Noyabr 2026
769
00:20 / 10 Noyabr 2026
147
00:14 / 10 Noyabr 2026
370
00:08 / 10 Noyabr 2026
139
23:52 / 09 Noyabr 2026
238
23:52 / 09 Noyabr 2026
1976
23:48 / 09 Noyabr 2026
146
23:42 / 09 Noyabr 2026
359
23:37 / 09 Noyabr 2026
407
23:32 / 09 Noyabr 2026
174
23:28 / 09 Noyabr 2026
184
23:23 / 09 Noyabr 2026
147
23:17 / 09 Noyabr 2026
229
23:12 / 09 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.