Qaynar xətt:

(+99450) 247 90 86

Koronavirusun “sevimli orqanları”

Koronavirusun “sevimli orqanları”

CƏMİYYƏT

464

05.11.2021, 18:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnsan orqanizmində SARS-CoV-2 patogeninin xüsusilə "sevdiyi" 3 orqan var.

OXU24.COM lent.az-a istinadən xəbər verir ki, söhbət tənəffüs orqanı, həzm orqanı və ifrazat vəzisindən gedir.

Ölümcül virusdan ən çox təsirlənənlər məhz onlardır.

Bu məlumatı rusiyalı infeksionist Yevgeni Timakov verib.

Mütəxəssis ilk növbədə ağciyərləri qeyd edib.
 
Onların koronavirusa qarşı həssaslığı COVID-19-un törədicisi tərəfindən çoxalma üçün istifadə olunan çoxlu sayda reseptorların olması ilə əlaqədardır.
 
Həkimin sözlərinə görə, SARS-CoV-2 üçün ikinci "sevimli" orqan bağırsaqdır.

Bu orqanın işi pozulubsa, immunitet sistemi ilə bağlı problemlər yaranır. Nəticədə, orqanizm üçün patogenlə mübarizə aparmaq çox çətinləşir.

Bu "reytinqdə" şərti üçüncü yeri qaraciyər tutur.

Həkim qeyd edib ki, koronavirus infeksiyası həm də immunitet sistemində ciddi problemlərə yol açır.

Xəstəliyin immunoloji yaddaşa təsirindən ötəri xəstənin orqanizmi digər infeksiyalarla daha pis mübarizə aparmağa başlayır. Nəticədə, insanın yeni xəstəliklərlə qarşılaşma ehtimalı artır.