Qaynar xətt:

(+99450) 247 90 86

XƏBƏRDARLIQ: Güclü maqnit qasırğası başlayıb

XƏBƏRDARLIQ: Güclü maqnit qasırğası başlayıb

CƏMİYYƏT

458

04.11.2021, 21:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Noyabrın 4-nə keçən gecə planetimizdə gözlənilmədən son illərin ən güclü maqnit qasırğalarından biri başlayıb.

Məlumata görə, maqnit sahəsinin qeyri-sabitliyi ən azı daha 2-3 gün davam edəcək.

Oktyabrın sonunda baş verən alovlanmadan sonra tədricən azalan geomaqnit aktivlik indeksi birdən-birə 7-ci səviyyəyə (maksimum hədd 9) yüksəlib ki, bu da beş ballıq şkala üzrə 3-cü səviyyəli maqnit qasırğasına uyğundur.

Bununla eyni vaxtda kosmik aparatlar günəş küləyinin sürətində kəskin artım qeydə alıb - saniyədə 400-dən 800 kilometrə qədər. Planetlərarası plazmanın sıxlığı təxminən 100 dəfə artıb. Bütün bunlar onu deməyə əsas verir ki, Yerə böyük bir günəş püskürməsi atılıb.

Alimlər qeyd edirlər ki, son 4 il ərzində Yer kürəsində bu səviyyədə cəmi 4 qasırğa qeydə alınıb: bu ilin 12 mayında, 2019-cu ilin mayında, 2018-ci ilin avqustunda və 2017-ci ilin sentyabrında.

Alimlər xəbərdarlıq ediblər ki, Yerin maqnit sahəsinin qeyri-sabitliyi ən azı 2-3 gün davam edəcək.