Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60568
az

Xərçəng əleyhinə təsiri olan və cavanlaşdıran unikal tərəvəz - FOTO

20:0203 Noyabr, 2021
305
CƏMİYYƏT
  • A

Çuğundur qan təzyiqini azaltmağa, qan damarlarının divarlarını və qaraciyəri gücləndirməyə kömək edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı dietoloq Anna Drobışeva məlumat verib.

"Çuğundurun tərkibində olan betasianin piqmenti bədxassəli yenitörəmələrin inkişafını ləngidən güclü antioksidantdır. Bundan əlavə, bu tərəvəz bədəndən artıq mayenin çıxarılmasına kömək edir, qan itkisini bərpa edir", - deyə o bildirib.

Onun sözlərinə görə, bu tərəvəz hətta termik işlənmədən sonra öz faydalı xüsusiyyətlərini saxlayır.

Lakin ekspertin fikrincə, qaynadılmış çuğundur kalsiumun tam mənimsənilməsinə mane olur. Bu səbəbdən osteoporoza meylli insanların ondan istifadəni dayandırması məsləhətdir.

Drobışeva həmçinin çuğundur şirəsinin də faydalı olduğunu bildirib. Onun sözlərinə görə, bu tərəvəzin şirəsi sıxıldıqdan iki saat sonra içilməlidir. Bundan əlavə, çuğundur şirəsi təmiz formada istehlak edilə bilməz, 1:4 nisbətində su ilə qarışdırlmalıdır.

Qeyd edək ki, çuğundur şirəsinin digər faydaları arasında onun immun sisteminin fəaliyyətinə də çox müsbət təsir etməsi, iltihab və virus əleyhinə təsirlərə malik olması göstərilir ki, bu da koronovirus pandemiyasının vəı mövsümi xəstəliklərin yayıldığı dövrdə xüsusən aktualdır.

Bundan əlavə çuğundur və onun şirəsi pektinlərlə zəngindir. Pektinlər orqanizmi ziyanlı maddələrdən - toksinlərdən, şlaklardan, ağır metallardan - təmizləyir.

Bu tərəvəz skleroz əleyhinə təsirə malikdir, hipertoniya zamanı ən yaxşı təbii müalicəvi vasitə sayılır, qanın tərkibinə də çox müsbət təsir edir.

Britaniya alimlərinin fikrincə çuğundur şirəsi təbii enerji içkisidir. Araşdırmalar nəticəsində məlum oldu ki, çuğundur şirəsinin daim qəbulu orqanizmin davamlılığını artırır, insana əlavə enerji, güc verir.

Çuğundur şirəsi böyrəklər üçün də çox faydalıdır. Artıq çəkisi olan insanlar da bu şirədən faydalana bilər - çuğundur şirəsinin tərkibində olan maddələr yağların parçalanmasını sürətləndirir.

Klimaks zamanı çuğundur şirəsinin daim qəbulu qadının vəziyyətini yaxşılaşdırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi
Ərdoğan Suriyaya gedəcək
İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ