Qaynar xətt:

(+99450) 247 90 86

Yerlə Uran arasına məsafə azalacaq

Yerlə Uran arasına məsafə azalacaq

CƏMİYYƏT

318

03.11.2021, 18:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Noyabrın 5-də Yerlə Günəşə əks mövqedə olan Uran arasındakı məsafə azalacaq.

OXU24.COM Oxu.az-a istinadən xəbər verir ki, Moskva Planetariumunun mətbuat xidmətinin məlumatına görə, bu, planetin müşahidəsi üçün əla şərait yaradacaq:

"5 noyabr 2021-ci il cümə günü, Moskva vaxtı ilə saat 3:00-da (Bakı vaxı ilə 4:00) Uran Günəşə əks tərəfdə olacaq. Teleskop vasitəsilə yeddinci planeti müşahidə etmək üçün ən yaxşı vaxt yaxınlaşır".

Uran hər il şimal enlikləri səmasında daha yüksəkdə yerləşir. Astronomların fikrincə, payızdan qışın sonuna qədər olan dövr onu müşahidə etmək üçün ən yaxşı vaxtdır.