Gicitkən çayı - kimlər içməlidir?
10 Noyabr 2026, 05:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
482
01.11.2021, 22:14
"Karantindən sonra işsiz idim..."
Qonşuların tonqal başına yığışmasını fürsət bilən şəxs mənzildən oğurluq edib. O, oğurluq etməsini işsizliklə əlaqələndirib.
OXU24.COM musavat.com-a istinadla xəbər verir ki, 32 yaşlı Murad (ad şərtidir) daha əvvəl narkotik istifadəsinə görə məhkumluq həyatı yaşayıb. Murad sonuncu dəfə bu ilin mart ayında qonşusunun evindən oğurluq edib.
Belə ki, çərşənbə axşamı qonşuların tonqal başına yığışdığını görən Murad mənzillərdən birindən 1000 manat dəyəri olan televizor və 100 manat nağd pul götürərək arxa qapıdan qaçıb. Televizoru gecə ilə sata bilmədiyi üçün öz evlərinin zirzəmisində gizlədib.
İfadə verən Murad deyib ki, marşrut avtobusu sürücüsü olub. Amma xüsusi karantin rejimindən sonra işsiz qalıb. Himayəsində 2 azyaşlı uşaq var və bu səbəbdən də bəzi maddi sıxıntıları olub. Qardaşı da Vətən Müharibəsində iştirak edib xəsarət aldıqdan sonra onun da səhhəti ilə əlaqədar müəyyən xərcləri yaranıb. Maddi çətinliklər üzündən oğurluq etmək qərarına gəlib.
Murad deyib ki, həmin günün səhəri ona tanımadığı nömrədən zəng gəlib və polis idarəsinə dəvət ediblər.
"Başa düşdüm ki, mənim etdiyimi biliblər. Evdəkilər də bilməsin deyə televizoru götürüb polisə getdim" - deyən Murad zərəri ödədiyini, zərərçəkmiş şəxslə barışdığını söyləyib.
Zərəçəkmiş şəxs də ondan şikayətçi olmayıb.
Ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilib.
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.