Hərbçilərə bu qədər pul ayrıldı
11 Noyabr 2026, 13:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1388
05.08.2021, 20:19
Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə gündəlik monitorinqlər davam etdirilir. Belə tədbirlərin başlanmasına icazə verildiyi tarixdən bu günədək
Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən 1300-dən çox obyektdə monitorinq aparılıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə əksər şadlıq evlərində karantin qayda və tələblərinə əməl olunması, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayının əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artması müsbət hal kimi qiymətləndirilə bilər.
Maarifləndirmə tədbirlərinə başlandığı vaxtdan ötən dövr ərzində xidmət persolanının vaksinləşmə göstəricisi iki dəfəyədək yüksəlib.
Bununla belə, monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə qayda pozuntusu hallarına da rast gəlinir. Bunlar, əsasən, məkan sahiblərinin şənlik mərasimlərini icaze.e-gov.az portalında qeydə alınmadan təşkil etməsi, zalların ölçüsü imkan vermədəyi halda, daha çox qonaq üçün sifariş qəbul edilməsi, toylarda qonaqların say və stollar arasında məsafə məhdudiyyətinin pozulmasıdır.
İndiyədək monitorinq aparılan tədbirlərdə iştirak edən 217 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 22,3 minə yaxın şəxsin sənədlərində nöqsanlar aşkar edilib.
Novbəti monitorinqlər zamanı məkan və toy sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll edilə bilən pozuntu halları aradan qaldırılıb, tədbirlərin qaydalara uyğun həyata keçirilməsi təmin olunub. Nümunəvi toy mərasimlərinin təşkil olunduğu məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim edilib.
13:27 / 11 Noyabr 2026
1
13:19 / 11 Noyabr 2026
35
13:13 / 11 Noyabr 2026
39
12:57 / 11 Noyabr 2026
107
12:54 / 11 Noyabr 2026
96
12:48 / 11 Noyabr 2026
91
12:44 / 11 Noyabr 2026
128
12:35 / 11 Noyabr 2026
188
12:32 / 11 Noyabr 2026
99
12:29 / 11 Noyabr 2026
82
12:24 / 11 Noyabr 2026
528
12:19 / 11 Noyabr 2026
382
12:15 / 11 Noyabr 2026
103
12:09 / 11 Noyabr 2026
92
11:57 / 11 Noyabr 2026
606
11:50 / 11 Noyabr 2026
124
11:49 / 11 Noyabr 2026
197
11:43 / 11 Noyabr 2026
1159
11:34 / 11 Noyabr 2026
122
11:32 / 11 Noyabr 2026
164
11:28 / 11 Noyabr 2026
172
11:16 / 11 Noyabr 2026
344
11:13 / 11 Noyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.