SOCAR-da yeni TƏYİNAT
11 Noyabr 2026, 13:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
961
04.08.2021, 21:39
Azərbaycanın şimal və şimal-qərb regionlarında böyrək daşı xəstəliklərinə daha çox rast gəlinir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.
Onun sözlərinə görə, bu, daha çox qidalanma ilə əlaqəli məsələdir: "Şamaxı-İsmayıllı zonasında daşyaranma riski 2,1 - 2,2 faiz arasındadır. Bu xəstəliyə kənd həyatı yaşayan insanlarda daha çox rast gəlinir. Çünki kənd həyatı yaşayan, tarlada çalışan bir insanla bankda, kondisioner qarşısında işləyən birinin gündəlik qəbul etdiyi suyun miqdarı və tərləmə faizi eyni deyil. İnsan nə qədər çox tərləyirsə, idrar miqdarı azalır. Yəni, sidik qatılaşır və daş yaranma riski artır. Zaqatala-Şəki regionunda bu rəqəm 0,7 faiz, Xaçmaz-Siyəzən zonasında isə 1,7 faizə bərabərdir".
A.İbrahimov, həmçinin bildirib ki, müəyyən zülallı, infeksiyalı daşlar var ki, onlara qadınlarda daha çox rast gəlinir: "Normalda isə 40 yaşdan yuxarı 3 kişidə daş xəstəliyi varsa, 1 qadında bu xəstəlik müşahidə olunur. Ümumi statistikalara nəzər saldıqda, deyə bilərik ki, ölkə üzrə böyrək şikayəti xəstəliyi ilə müraciət edən hər 100 xəstədən 13-ü böyrək daşı xəstəliyindən əziyyət çəkir. Hamiləlik dövründə isə daşyaranma riski yüksək deyil. 1500 hamilə qadından birində yenidən daş yaranır. Çünki hamiləlik zamanı estrogen miqdarı artır və bu daşyaranmanın qarşısını alır. Bir də əgər daş müalicə olunubsa və ya əməliyyatla götürülübsə, 5 il ərzində təkrar yaranma riski 50 fazidir".
13:33 / 11 Noyabr 2026
1
13:27 / 11 Noyabr 2026
16
13:19 / 11 Noyabr 2026
41
13:13 / 11 Noyabr 2026
44
12:57 / 11 Noyabr 2026
107
12:54 / 11 Noyabr 2026
98
12:48 / 11 Noyabr 2026
91
12:44 / 11 Noyabr 2026
133
12:35 / 11 Noyabr 2026
192
12:32 / 11 Noyabr 2026
99
12:29 / 11 Noyabr 2026
83
12:24 / 11 Noyabr 2026
544
12:19 / 11 Noyabr 2026
406
12:15 / 11 Noyabr 2026
103
12:09 / 11 Noyabr 2026
92
11:57 / 11 Noyabr 2026
615
11:50 / 11 Noyabr 2026
124
11:49 / 11 Noyabr 2026
198
11:43 / 11 Noyabr 2026
1213
11:34 / 11 Noyabr 2026
123
11:32 / 11 Noyabr 2026
164
11:28 / 11 Noyabr 2026
174
11:16 / 11 Noyabr 2026
345
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.