SOCAR-da yeni TƏYİNAT
11 Noyabr 2026, 13:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
711
04.08.2021, 19:31
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan edilmiş müsabiqəyə yekun vurulub.
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurasının 2021-ci il iyunun 7-dən iyulun 7-dək ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması ilə bağlı (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV yayım kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) elan etdiyi müsabiqə üçün 6 iddiaçı sənədlərini təqdim edib.
Həmin sənədləri araşdırmaq, həmçinin, iddiaçıların məkanında baxış keçirərək sənədlər üzrə tədqim olumuş məlumatların həqiqətə uyğunluğunu yoxlamaq, habelə ümumölkə televiziya kanalının açılması üçün zəruri iqtisadi, texniki, yaradıcı və kadr potensialının mövcudluğunu öyrənmək məqsədilə Şura tərəfindən müsabiqə komissiyası təşkil olunub. Müsabiqə komissiyası həm sənədlərlə tanışlığın, həm də yerində baxışın nəticəsi ilə bağlı Şuraya hər bir iddiaçı barədə arayış təqdim edib.
Milli Televiziya və Radio Şurasının iclasında təqdim olunmuş arayışlar əsasında geniş müzakirələr aparılıb. Müəyyən edilib ki, bəzi iddiaçıların təqdim etdiyi sənədlərdə göstərilmiş texniki və yaradıcılıq imkanları, o cümlədən, kadr potensialı barədə məlumatlar yerində baxış zamanı öz təsdiqini tapmır, bəzi iddiaçılarda yayım üzrə təqdim olunmuş proqram konsepsiyası müsabiqə şərtlərinə (ixtisaslaşma sahəsinə) uyğun gəlmir, bəzi iddiaçılarda isə ümumölkə televziya yayımının təşkil olunması üçün texniki-iqtisadi göstəricilər qənaətbəxş deyildir. Bununla da, Şura, heç bir iddiaçıda təhsil, elm və maarifləndirmə janrlı ümumölkə televiziya kanalının fəaliyyəti üçün müvafiq potensialın olmadığı qənaətinə gəlib.
Milli Televiziya və Radio Şurası qeyd olunanları nəzərə alaraq, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ nömrəli Qanununun 18.4.1-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.6-cı bəndini rəhbər tutaraq müsabiqənin yekunlarına görə qalib seçilmədiyi üçün iddiaçılara xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunması barədə qərar qəbul edib.
13:33 / 11 Noyabr 2026
1
13:27 / 11 Noyabr 2026
16
13:19 / 11 Noyabr 2026
41
13:13 / 11 Noyabr 2026
44
12:57 / 11 Noyabr 2026
107
12:54 / 11 Noyabr 2026
98
12:48 / 11 Noyabr 2026
91
12:44 / 11 Noyabr 2026
133
12:35 / 11 Noyabr 2026
192
12:32 / 11 Noyabr 2026
99
12:29 / 11 Noyabr 2026
83
12:24 / 11 Noyabr 2026
544
12:19 / 11 Noyabr 2026
406
12:15 / 11 Noyabr 2026
103
12:09 / 11 Noyabr 2026
92
11:57 / 11 Noyabr 2026
615
11:50 / 11 Noyabr 2026
124
11:49 / 11 Noyabr 2026
198
11:43 / 11 Noyabr 2026
1213
11:34 / 11 Noyabr 2026
123
11:32 / 11 Noyabr 2026
164
11:28 / 11 Noyabr 2026
174
11:16 / 11 Noyabr 2026
345
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.