Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56384
az

Orqan transplantasiyası gözləyənlər üçün yeni sənəd təsdiqlənib

19:1212 İyul, 2021
392
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti “Resipiyentin gözləmə vərəqəsinin forması və tərtib olunma Qaydası”nı təsdiq edib.

Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qayda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır, insan orqan və toxumalarının transplantasiyası üçün resipiyentin gözləmə vərəqəsinin tərtib olunma qaydasını müəyyən edir.

Gözləmə vərəqəsinin tərtib edilməsinin məqsədi - resipiyentin qan qrupu və rezus faktoru, transplantasiyaya ehtiyacı olan orqan, immunoloji profilin göstəriciləri (HLA, PRA), əsas xəstəliyin ağırlıq dərəcəsi, gözləmə vərəqəsi tərtib olunduqdan sonra transplantasiyaya qədər gözləmə müddəti, həmçinin təcililik statusunun olub-olmaması əsasında elektron qaydada donorresipiyent cütlüyünün müəyyən edilməsi yolu ilə resipiyentlərin “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nda dinamik yenilənən növbəli siyahısında yerinin müəyyən edilməsindən ibarətdir.

Bu Qaydada istifadə olunan anlayışlar Qanunda nəzərdə tutulmuş mənaları ifadə edir.

Şəxsin transplantasiyaya ehtiyacının zəruriliyini müəyyən etmək məqsədilə şəxs göndəriş vərəqəsi ilə birlikdə müalicə aldığı ambulator və ya stasionar tibb müəssisəsi tərəfindən siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşmış tibb müəssisəsinə göndərilir. Göndəriş vərəqəsinə 3 resipiyentin ambulator və ya stasionar tibbi kartasından çıxarış əlavə olunur.

Resipiyent donor orqanlarının transplantasiyasını həyata keçirən tibb müəssisəsində hərtərəfli müayinə olunduqdan sonra həmin tibb müəssisəsi tərəfindən təşkil edilmiş həkim-transplantoloqdan, anestezioloq-reanimatoloqdan, resipiyentin müalicə həkimindən, eləcə də zəruri olduqda digər ixtisaslı həkimlərdən ibarət həkim komissiyası tərəfindən onun transplantasiyaya ehtiyacının zəruriliyi barədə sadə səs çoxluğu ilə qərar qəbul edilir.

Şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və onun resipiyentin reyestrinə daxil edilməsi barədə həkim komissiyasının qərarı qəbul edildikdən sonra transplantasiyanı həyata keçirən tibb müəssisəsi şəxsin yazılı məlumatlandırılmış razılığını alır və 3 (üç) iş günü müddətində resipiyentlərin reyestrinə daxil edilməsi üçün onun adına resipiyentin gözləmə vərəqəsini tərtib edir.

İki nüsxədə tərtib olunan gözləmə vərəqəsinin bir nüsxəsi resipiyentin reyestrinə daxil edilmək üçün “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə göndərilir, bir nüsxəsi isə resipiyentin özünə təqdim edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Bu ölkənin təhlükəsizlik naziri HƏBS OLUNDU -FOTO
Şəhid anaları təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudular -FOTO/VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü