İŞ YERİNDƏ ÖLÜM VƏ XƏSARƏT HADİSƏLƏRİ OLARSA... - Kim cavab verməlidir?
11 Noyabr 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1187
21.06.2021, 18:48
Bu il dağlıq və dağətəyi ərazilərdə taxıl biçini prosesinə 20 ədəd dağ kombaynı cəlb edilib. Yardımlı, Lerik rayonlarında çətin relyefli sahələrin biçini bu kombaynlar vasitəsilə aparılır.
"Aqroservis” ASC-nin sədri Elmin Rəhmanov deyib ki, yeni nəsil "New Holland TC 5.90 HİLLSIDE” dağ kombaynlarının əsas xüsusiyyətlərindən biri məhsulu itkisiz yığmasıdır. Eyni zamanda, dağ kombaynları 20 dərəcə nəmlikdə biçin apara bilir ki, bu da məhsulun daha tez yığılmasını təmin edir. "Aqroservis”in rəhbəri əlavə edib ki, tam kompüterləşdirilmiş dağ kombaynları əkin təyinatlı olan, lakin əkilməyən torpaqların əkinə cəlb olunmasına şərait yaradacaq. Bununla da ən yüksək texnologiyalara əsaslanan müasir kombaynlar dağlıq və dağətəyi zonalarda taxılçılıq təsərrüfatlarının daha da inkişaf etdirməyə imkan verəcək.
Bu kombaynlar yamaclarda 38 dərəcə bucaq altında, hündürlükdə isə 32 dərəcə bucaq altında biçin apara bilir. Kombaynın gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin qısa zamanda, operativ biçilməsinə gətirib çıxarır. Dağ kombaynlarının 6 tonluq bunkeri, 5 klavişli küləş doğrayıcısının olması məhsulun tam şəkildə, itkisiz yığılmasına şərait yaradır.
Qeyd edək ki, bu il ölkədə 987519 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 612003,5 hektarını buğda, 375515,3 hektarını isə arpa sahələri təşkil edir. Ölkə üzrə biçinə ümumilikdə 1900-dən çox taxılbiçən kombayn cəlb olunub. 700-dək kombayn "Aqroservis” ASC-nin, 1280-dən çoxu isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin texnikalardır.
Taxıl biçini prosesi davam edir.
23:54 / 11 Noyabr 2026
39
23:52 / 11 Noyabr 2026
41
23:50 / 11 Noyabr 2026
89
23:45 / 11 Noyabr 2026
354
23:28 / 11 Noyabr 2026
60
23:24 / 11 Noyabr 2026
65
23:18 / 11 Noyabr 2026
84
23:09 / 11 Noyabr 2026
85
23:03 / 11 Noyabr 2026
70
23:01 / 11 Noyabr 2026
106
22:55 / 11 Noyabr 2026
83
22:38 / 11 Noyabr 2026
150
22:31 / 11 Noyabr 2026
101
22:26 / 11 Noyabr 2026
6041
22:22 / 11 Noyabr 2026
109
22:20 / 11 Noyabr 2026
102
22:15 / 11 Noyabr 2026
1184
22:11 / 11 Noyabr 2026
96
22:07 / 11 Noyabr 2026
111
22:06 / 11 Noyabr 2026
103
21:59 / 11 Noyabr 2026
149
21:45 / 11 Noyabr 2026
107
21:14 / 11 Noyabr 2026
1014
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.