Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5579
29.05.2021, 21:53
Prezident İlham Əliyev Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
Oxu24.com -un xəbərinə görə, sərəncama əsasən, Yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün istifadəyə verilməsinə dair müqavilələrin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müvafiq olaraq “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə imzalamalı, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların istifadəyə verilməsindən irəli gələn məsələləri üç ay müddətində həll etməli, sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların istifadəyə verilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
03:10 / 12 Noyabr 2026
107
01:25 / 12 Noyabr 2026
131
00:55 / 12 Noyabr 2026
139
00:43 / 12 Noyabr 2026
130
00:35 / 12 Noyabr 2026
309
00:33 / 12 Noyabr 2026
125
00:27 / 12 Noyabr 2026
139
00:24 / 12 Noyabr 2026
160
00:19 / 12 Noyabr 2026
163
00:17 / 12 Noyabr 2026
253
00:11 / 12 Noyabr 2026
157
23:54 / 11 Noyabr 2026
140
23:52 / 11 Noyabr 2026
138
23:50 / 11 Noyabr 2026
165
23:45 / 11 Noyabr 2026
1266
23:28 / 11 Noyabr 2026
129
23:24 / 11 Noyabr 2026
138
23:18 / 11 Noyabr 2026
154
23:09 / 11 Noyabr 2026
148
23:03 / 11 Noyabr 2026
136
23:01 / 11 Noyabr 2026
158
22:55 / 11 Noyabr 2026
131
22:38 / 11 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.